Fidel Kastronun oğlu intihar edib

Kuba, Fidel Kastro, intihar Fotonun müəllifi AFP
Image caption Nüvə fiziki olan Fidel Ángel Castro Díaz-Balart-ın depressiyadan əziyyət çəkdiyi deyilir

Yerli Kuba mətbuatının yaydığı xəbərə görə, keçmiş Kuba lideri Fidel Kastronun oğlu 68 yaşlı oğlu Havanada intihar edib.

Depressiyadan əziyyət çəkdiyi deyilən Fidel Ángel Castro Díaz-Balart cümə axşamı səhər saatlarında ölü tapılıb.

Keçmiş prezidentin böyük oğlu ailəvi bənzərliyinə görə "Fidelito", ya da Kiçik Fidel adlandırılıb.

Fotonun müəllifi AFP/GETTY
Image caption Atasına bənzədiyi üçün ona Kiçik Fidel də adlandırılıb

O, Sovet İttifaqında yetişdirilən nüvə fiziki olub.

Kubanın rəsmi qəzeti olan Granma yazır ki, "Həkimlər tərəfindən bir neçə aydır dərin depressiya səsəbindən müalicə alan Fidel Castro Díaz-Balart öz həyatına son verib".

Dövlət televiziyası onun dəfninin ailə tərəfindən planlaşdırıldığını desə də, ətraflı məlumat verməyib.

Onun atası Fidel Castro inqilabçı olub və dünyada ən çox dövlət başçısı postunu tutanlardan biri kimi tarixdə qalıb.

Fidel Castro 2016-cı ildə 90 yaşında vəfat edib.

Bu barədə daha geniş