Heyvanat aləminin gizlinləri kameranın gözü ilə

Stills from Animals With Cameras

BBC One televiziya kanalı Animals With Cameras (bədəninə kamera bərkidilmiş heyvanlar) adlı üç hissədən ibarət film silsiləsinin nümayişinə başlayır.

Alimlər (və tamaşaçılar) kamera bədəninə bərkidilmiş heyvanın hara getdiyini və nə etdiyini izləyə bilir.

Image caption Kimbang adlı şimpanze kamerasını çək-çevir edir.

Filmin prodüseri Dan Rees BBC-yə bildirib ki, avadanlığın çox kiçik ölçüdə olması tamaşaçı auditoriyasına indiyədək olmadığı, görmədiyi yerləri göstərməyə imkan verir.

O qeyd edir ki, bu zaman həmin vəhşi heyvanların həyat tərzinə müdaxilə minimuma endirilib.

Image caption Surikata radioötürücüsü olan xalta taxılıb. Bu xalta vasitəsilə alimlər surikatın hərəkətini və yerini təyin edə bilir.
Image caption Filmin ilk hissəsində surikat ailəsi göstərilir.

Bu cür proqramların çəkilişi zamanı bahalı avadanlığın sıradan çıxması, zədələnməsi riskini istisna etmək mümkün deyil.

"Bəli, belə bir risk var, - Dan Rees etiraf edir. - Hərdən, bəzi kameralar geri qayıtmır".

Image caption Fransanın cənubundakı bu çoban itinə bərkidilmiş infra-qırmızı şüalı kamera gecələr itlərlə canavarların üz-üzə gəlməsi anlarını lentə almağa imkan verir.
Image caption Pinqvinlərin belinə bağlanmış kamera onları hətta suyun altında da güdməyə imkan verir.

Təbiətə həsr olunmuş sənədli filmlər bəzi məsələlərlə bağlı bəzən ictimai fikrə və hətta bəzən hökümətin mövgeyinə də təsir göstərir.

Misal üçün Blue Planet II (Göy Planet) filmi ətraf mühitin plastik tullantılarla çirklənməsi probleminə diqqəti hökümət səviyyəsinədək qaldırdı.

Image caption Aparıcı Gordon Buchanan sualtı kameranı dəniz əjdahası adlı balığın belinə bərkitmək üçün fürsət gözləyir.
Image caption Sualtı kamera suyun dibində hərəkət edən canlıların ( misal üçün. bu köpəkbalığının) belinə bağlanır. Kameranın özü isə sudan xeyli yüngül olan sintetik materiala bükülür. Nəticədəcədə, bağlandığı balıqdan qopandan sonra kamera suyun üzünə qalxır.

Rees ümid edir ki, Animals With Cameras filmi tamaşaçıların ətraf mühit barədə məlumatını zənginləşdirəcək.

"Ümid edirk ki, bu film insanları təbiətə, canlı aləmə qayğı ilə yanaşmağı öyrədəcək", - Rees deyir.

Image caption Pride adlı hepardın başına miniatür kamera bərkidilir; Namibia
Image caption Türkiyənin şimalında, Sarıkamışda qonur Avrasiya ayısı.

Bu barədə daha geniş