Çin ABŞ-ı "Soyuq müharibə təfəkküründən" əl çəkməyə çağırıb

The Ohio-class ballistic missile submarine USS Tennessee returns to Naval Submarine Base Kings Bay, Georgia, US 6 February 2013. Fotonun müəllifi Reuters
Image caption ABŞ nüvə qüvvələrinin hərəkət dairəsi quru, hava və dənizi əhatə edir.

Washington nüvə arsenalını diversifikasiya etmək məqsədilə kiçik nüvə başlıqlı atom bombalarını da arsenalına əlavə etmək niyyətlərini açıqladıqdan sonra Çin ABŞ-ı "Soyuq müharibə təfəkküründən" imtina etməyə çağırıb.

"Dünyanın ən böyük nüvə arsenalına sahib olan ölkə mövcud cərəyanların ziddinə getmək əvəzinə həmin trendə uyğun əməl etmək təşəbbüsünü nümayiş etdirməldir", - Çin Müdafiə Nazirliyi bazar günü bildirib.

ABŞ hərbiyyəsi hesab edir ki, onun nüvə arsenalında hazırda mövcud olan bombalar həddindən artıq böyükdür və bu səbəbdən gücü daha kiçik olan atom bombalarını da arsenalına əlavə etmək istəyir.

Pentaqon yeni nüvə doktrinasını cümə günü açıqlayıb.

Sənəddə qeyd olunub ki, gücü kiçik olan nüvə silahının inkişaf etdirilməsi qeyd olunmuş ABŞ nüvə arsenalının müasir tələblərə cavab verməsini təmin edə bilər.

Söhbət dağıdıcı gücü 20 kilotondan aşağı olan atom bombalarının yaradalmasından gedir.

ABŞ-ın yeni nüvə doktrinası Çin, Rusiya, Şimali Koreya və İranı ABŞ üçün potensial təhlükə təşkil edən ölkələr cərgəsinə aid edib.

Rusiya bu planı pisləyib.

Çinin Müdafiə Nazirliyi Pentaqon sənədinin müddəaları ilə tamamilə razı olmadığını bildirərək, sənəddə Çinin şişirdilmiş tərzdə nüvə təhlükəsi mənbəyi qismində qələmə verilməsinə diqqəti çəkib.

"Biz ümid edirk ki, ABŞ Soyuq müharibə təfəkküründən əl çəkəcək, tərksilah sahəsində üzərinə düşən xüsusu öhdəliklərə əməl edəcək, Çinin strateji niyyətlərini düz başa düşərək Çindəki müdafiə və hərbi quruculuğuna obyektiv yanaşacaq", - Müdafiə Nazirliyinin bəyanatında deyilib.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın "mühribə qızışdırıcı ritorikasını" ittiham edib və bildirib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazım ölan tədbirləri görəcək.

Moskvanın bəyanatında deyilir ki, "sənədin ilk sətirlərindən onun qarşıdurma və Rusiya əleyhinə ruhda tərtibləndiyi nəzərə çarpır".

Sənəddə eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ doktrinası ilə bağlı dərin məyusluq keçirdiyi qeyd olunub.

Bu barədə daha geniş