Yunanstanda Makedoniya respublikasının adına qarşı kütləvi etirazlar

Greeks protesting in Athens, 4 February 2018 Fotonun müəllifi EPA
Image caption Etirazçılar parlament qarşısına yürüş edib.

Yüz minlərlə yunan Afinada kütləvi etiraz aksiyasında iştirak etmək üçün küçələrə çıxıb.

Etiraza çıxmış yunanlar qonşu Makedoniya respublikasının adında "Makedoniya" sözünün işlənməsindən narazıdırlar.

Qonşu ölkənin Makedoniya adlanmasını yunanların çoxu Yunanıstanın şimalındakı Makedoniya regionuna qarşı ərazi iddiası kimi qəbul edir.

Etrazçılar bu məsələnin həlli üçün Yunanıstan hökümətinin irəli sürdüyü təkliflərdən narazıdır.

Nümayişçilər Yunanıstan bayraqlarını partlament qarşısında dalğalandıraraq "Makedoniyadan əl çəkin" və "Makedoniya Yunanıstanındır" şüarlarını səsləndiriblər.

Son həftələrdə bu, ikinci belə etirazdır - yanvarın 21-də etirazçılar Makedoniya bölgəsinin mərkəzi şəhəri olan Thessaloniki şəhərinə yürüş etmişdilər.

Yunanıstanla Makedoniya arasında ad üstündə gərginlik Makedonya 1991-ci ildə Yuqoslaviyadan müstəqillik qazandıqdan və NATO ilə Avropa İttifaqına üzv olmaq üçün ərizə verdikdən sonra yaranıb.

BMT- də Makedonya respublikasının adı Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) kimi gedir.

Fotonun müəllifi EPA
Image caption Son iki həftə ərzində Makedoniya adı ilə bağlı Yunanıstanda ikinci etiraz aksiyası keçirilib.

Yunanıstanın solçu Syriza partiyasını təmsil edən hökümət diplomatik əngələ çevrilmiş bu məsələni həll etmək üçün Makedoniya Respublikasının adına onu Yunanıstanın Makedoniya bölgəsindən fərqləndirən bir əlavənin olunmasını təklif edir.

Lakin yunanların çoxu buna etiraz edir.

BMT-də aparılan danışıqların iştirakçısı olan Yunanıstanın Xarici İşlər nazir Nikos Kotzias mübahisənin bir neçə aya həll olunacağını deyəndən sonra ona ölüm hədələri gəlməyə başlayıb.

Yunanıstanın pravoslav kilsəsi də Makedoniya respublikasının adından "Makedoniya" sözünün götürülməsi kampaniyasını dəstəkləyir.

BMT vasitəçisi Matthew Nimetz isə bir alternativ kimi "Yeni Makedoniya Respublikası" adından istifadə olunmasını təklif edir.

Bu barədə daha geniş