Yuxuya getmək necə baş verir?

Falling asleep Fotonun müəllifi Getty Images

Cambridge Universitetində beynəlxalq tədqiqatçılar qrupu insanın yuxuya getməsinin necə baş verməsini aydınlaşdırmağa çalışır.

Onlar eləcə də ayıqlıqdan yuxulamaya keçidin insan üçün həqiqətən də günün ən yaradıcı vaxtı olub-olmamasını aydınlaşdırmaq istəyirlər.

Alimlər tərəfindən yuxu zamanı beyin fəaliyyəti ilə bağlı xeyli sayda araşdırmalar aparılsa da, Cambridge tədqiqatçıları deyir ki, yuxulamaq ərəfəsindəki anlar barədə məlumat olduqca azdır.

"Bəzi insanlar çox tez yuxulayır, digərlərinə isə bunun üçün olduqca çox vaxt tələb olunur", - Hindistanın Madras ştatındakı Çennay şəhərindən olan Sridhar Rajan deyir.

O, qeyri-adi işlə məşğuldur - insanların necə yuxuya getməsini müşahidə edə edir.

Bədbəxt hadisə riski

Yuxuya "keçid fazası" adətən 5-dən 20 dəqiqəyədək tuta bilər, Cambridge's Gates fondunun alim üzvlərindən Sridhar Jagannathan deyir.

Bu cəmiyyət ABŞ milyarderi Bill Gates tərəfindən təsis edilib.

Yuxuya keçid fazası müxtəlif adamlarda müxtəlif tərzdə baş verir: kimidə - sakit və rəvan, kimidə isə aramsız və narahat.

Image caption Sridhar Jagannathan yuxudan əvvəlki fazada nəyin baş verdiyini araşdırır

Cambridge elmi komandasının işlədiyi laboratoriyanın başçısı doktor Tristan Bekinschtein deyir mki, bəzi insanlar yuxuya keçid fazasında iradələri hesabına özlərini həmin vəziyyətdə çıxara bilir.

O, həmin anları "süurun dumanlanması" kimi təsvir edir.

Jagannathan-ın apardığı tədqiqatda insanların yuxuya keçiddə olduqları ilə baş verən bədbəxt hadisələr və təhlükəli səhvlərlə mümkün əlaqənin olub-olmadığını araşdırır.

Belə vəziyyət gün ərzində baş verə bilər.

Həmin insan keçid fazasında yuxu cızığını keçirsə onda özünü ciddi təhlükə altına qoymuş olur.

"Yüngül mürgüləmənin böyük problemləri"

"Bəzən, darıxdırıcı iş görəndə, adamı mürgü tutur", - Jagannathan deyir.

"Yüngülvari mürgüləmə böyük problemlər doğura bilər, - o davam edir.

Bu, təkcə avtomobilistlərə aid deyil, diqqət və qərarvermə tələb olunan hər bir sahədə belə hal baş verə bilər.

Fotonun müəllifi Getty Images

Cambridge laboratoriyası yuxuya keçid fazasında olan insanların riskli hallara reaksiya göstərməsi vaxtının necə dəyişdiyini öyrənir.

Sridhar Jagannathan deyir ki, yuxuya təzəcə gedəni bu barədə xəbərdarlıq etmənin yollarını tapmaq üzərində hazırda baş sındırılır.

Eləcə də, o, başa düşməyə çalışır kı, görəsən, mürgüləmə zamanı insidentlərin çoxu sağ əli aparıcı olan insanların payına düşür.

Bununla yanaşı, ümid edilir ki, yuxulu və ayıq vəziyyətdə insanın beyin fəaliyyətinin xüsusiyyətlərinin öyrənilməsi insult keçirmiş adamlara itirilmiş fiziki hərəkət funksiyalarının bərpa eilməsinə kömək edə bilər.

Xəyalpərəstlər

Yuxu astanısında olmağın positiv tərəfləri də var. İnsanın yaradıcılıq qabiliyyəti ilə onun xəyallara dalmaq vərdişi arasında bir bağlılığın olduğu güman edilir.

Fotonun müəllifi Getty Images
Image caption Yuxudan əvvəl yorğunluq fazası ilə bağlı narahatlıq mövcuddur

"Ayıqlıqdan yuxuya keçid mərhələsində insanın şüuruna məhdudlaşdırıcı təsir göstərən amillərin rolu zəifləyir. Bu zaman insanın yaradıcılıq qabiliyyəti güclənir", - Jagannathan deyir.

Güman edildiyinə görə, sənətçilərə, musiqiçilərə və yazıçılara yaradıcılıq ilhamı məhz belə anlarda gəlir.

Tədqiqat eləcə də yuxuda olan adamın xarici aləmə necə bağlandığına da işıq salıblar.

Sridhar Jagannathan deyir ki, səs və sözə yuxulamış adam ola bilsin ki reaksiya verməsin, lakin ad çəkiləndə yuxulamış insanın oyanması ehtimalı daha yüksəkdir.

Onun təbirincə, yuxuda olan insanın öz adının çəkilməsinə göstərdiyi reaksiya "çox təəccüblüdür".

Vaxt amili

Tədqiqatçılar qeyd edir ki, keçirilmiş təcrübələr beyinin necə işlədiyi barədə xəbər verir - beyin sadəcə, səslərə reaksiya verən maşın kimi işləmir, səsdə ifadə olunan mənanı da qeydə alır, nəticədə ad ifadə edən səs digər səslərdən seçilir.

"Səsin daşıdığı məna olduqca mühümdür", - Sridhar Jagannathan deyir.

Fotonun müəllifi EPA
Image caption Sridhar Jagannathan-ın araşdırmasını Bill Gates maliyyələşdirir.

Yuxu vaxtı insanın vaxtın necə keçdiyindən xəbərsiz olmasını da düşünmək yanlışdır, doktor Bekinschtein deyir.

O, səhər tezdən təyyarə uçuşu olan insanın axşamdan lazım olan vaxta çəkdiyi zəngli saatın zəng vurmasından bir neçə dəqiqə əvvəl öz-özünə oyanmasını bir misal kimi çəkir.

Bu arada Sridhar Jagannathan qeyd edir ki, insanın yuxuya necə getməsinə və necə yuxulamasına daha çox diqqət ayrılmalıdır.

"İnsan yuxusuzluqdan şikayətlənəndə, ondan necə yatdığı soruşurlar - yəni, yuxunun keyfiyyətinə dair suallar verilir: Neçə saat yatdın? Yuxu vaxtı oyanırdınmı?" - Sridhar Jagannathan deyir. - Lakin həmin insandan yuxuya necə getdiyi barədə soruşan olmur. Lakin həmin anların əhəmiyyəti həm böyük olur, həm də digər problemlərlə sıx bağlı olur".

Bu barədə daha geniş