"İslam Dövləti"nə qarşı YPG sıralarında döyüşən ingilis "terrorda" günahlandırılıb

İŞİD, könüllülər, YPG Fotonun müəllifi Getty Images
Image caption 2015-ci ildən bəri onlarla ingilisin "İslam Dövləti"nə qarşı YPG sıralarında könüllü olaraq döyüşdüyü bildirilir

Suriyada özünü "İraq İslam Dövləti" (İD) adlandıran qruplaşmaya qarşı döyüşən bir ingilisin "terrorda" günahlandırıldığı məlum olub.

43 yaşlı keçmiş döyüşçü Jim Matthews-ın Xalq Müdafiə Birlikləri (YPG) tərəfindən döyüşdüyü bildirilir.

14 Fevralda məhkəməyə çıxarılmağı gözlənən Matthews-ın "terrorizmin maliyyə qaynağı, ya da hazırlığı üçün ayrılan bir məkanda olmaq" ittihamı irəli sürüləcəyi gözlənir.

London Polis Təşkilatı Matthews-ın "İraq və Suriyada 15 fevral 2016-cı il tarixində, ya da bu tarixdən əvvəl terrorizmin maliyyə mənbəyi, ya da hazırlığı ilə əlaqəli təlim, ya da təlimat verilən bir və ya bir neçə yerdə olmaqda" ittiham ediləcəyini açıqlayıb.

Belə bir ittiham İngiltərə Terrorla Mübarizə Qanunun (2006) səkkizinci bölməsində yer alıb.

BBC müxbiri Emma Vardy deyir ki, bu hala İngiltərədə daha əvvəllər rast gəlinməyib.

Vardy deyir ki, indiyə qədər İngiltərə məhkəmələrində "İslam Dövləti"nə qarşı döyüşənlərin hansı ittihamla günahlandırılacağı bilinmirdi, Britaniya terrorla mübarizə qanunu siyasi, ya da ideoloji bir səbəblə şiddət tətbiqini qadağan edir.

2015-ci ildən bəri onlarla ingilisin "İslam Dövləti"nə qarşı YPG sıralarında könüllü olaraq döyüşdüyü bildirilir.

Matthews İngiltərədə mənzillənən Channel 4 kanalında "İslam Dövləti"nə qarşı döyüşən bir sənədli filmdə iştirak edib.

Bu barədə daha geniş