Din xadimi qadınları "şeytanlıq əməllərinin mənbəyi" adlandırıb və qəzəbə tuş gəlib

Qadın

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Ruandadakı qadın qrupları radioada yayılan moizə ilə bağlı medianı tənzimləyən quruma şikayət ediblər

Ruandada radioya moizə vaxtı qadınları "şeytanlığın mənbəyi" adlandıran vaiz Nicolas Niyibikoranın sözləri insan hüquqları qruplarının sərt reaksiyasına səbəb olub.

Məlumatlarda Niybikoranın Yeddinci Günün Adventistləri qrupunu təmsil etdiyi deyilir. Hərçənd ki, bu xristian məzhəbinin Ruandadakı icması Nicolas Niyibikora-nın beş il əvvəl kənarlaşdırıldığını bildirib.

Vaiz ölkənin media tənzimləyici qurumunun qarşısına çıxarıla bilər.

Qadınlar barədə şərhlər yanvar ayında efirə gedib.

Canlı efirdə verilən "Əgər Bibliyanı oxumusunuzsa, günahı dünyaya kim gətirib" suala cavabında vaiz - "Bu, kişi olmayıb" deyib.

O, "qadınlar Allahın mərhəmətini itirib" deyərək əlavə edib ki, "qadınlarda yaxşı heç bir şey tapmaq mümkün deyil".

Təəccüblü deyil ki, moizə hüquq müdafiə qruplarının etirazlarına tuş gəlib.

Hadisə ilə bağlı mətbuat konfransı keçirən Pro-Femme Twese Hamwe təşkilatı belə ifadələrin "nifaq və münaqişə" yarada biləcəyini deyib.

Qadın hüquqları qrupları Ruandada medianı tənzimləyən quruma - Media Komissiyasına müraciət edib.

Onun gələn həftə məsələ ilə bağlı iclas keçirəcəyi bildirilir.

Təşkilatın rəhbəri Emmanuel Mugisha deyib ki, moizəni yayınlayan radiostansiya izahat verməli olacaq.