"Ya evlən, ya da bomba taxıb insanları partlat" - Boko Haramın qızlar qarşısında qoyduğu dəhşətli seçimi

Nigeriyada Boko Haram qrupu 2013-cü ildən bəri 884 uşaq oğurlayıb. Onlardan üçdə ikisi qızlardır.

Boko Haram 454 intiharçı bomba hücumlarında qadınlardan istifadə edib.

Nigeriya, Çad, Niger və Kamerunda həyata keçirilən bu həmlələr 1225 insanın ölümünə bais olub.

Boko Haramdan qaça bilən qadınlardan başına gələnlər barədə danışıb.