Qısa ətəkdə olan tələbələr seksizmə qarşı etiraz edir

Tələbələr Fotonun müəllifi Mariana Duque Díez
Image caption Etiraz əlaməti olaraq tələbələr qısa ətəkdə gəliblər.

Kolumbiyadakı bir universitetin "sinif yoldaşları ilə müəllimlərin diqqətini yayındırmamaq" üçün qısa ətək geyinməmək barədə məsləhəti sərt reaksiya doğurub.

Tövsiyənin əleyhdarları seksist kimi dəyərləndirilən qərara qarşı kampaniyaya başlayıblar.

Onlar hər iki cinsdən olan tələbələri cümə axşamı günü Universitetə məhz qısa ətəkdə gəlməyə səsləyiblər.

Ətəklər barədə məsləhət UPB kimi tanınan Medellín's Pontifical Bolivarian Universitetinin saytında yerləşdirilib.

Mənfi reaksiyadan sonra tədris müəssisəsi tövsiyənin yalnız təklif şəklində verildiyini bildirib.

"UPB fərdi özəlliyin ifadəsi haqqına hörmət edir və heç vaxt tələbələrə geyim qaydaları tətbiq etməyib".

Universitetin açıqlamasında tövsiyənin yalnız yeni tələbələrə ünvanlandığı qeyd edilir.

Fotonun müəllifi Via Twitter
Image caption Kampaniya çağırışı: "Diqqətinin yayınıb-yayınmamaması mənim ətəyimdən asılı deyil. Sabah hamı ətək geyinsin"

İlk dəfə dərc olunan postun başlığı "Universitetə getmək üçün necə geyinməlisən" olub.

Bəzi tövsiyələr hər iki cinsə aid edilsə də, bır sıra məsləhətlər sırf qadınlara ünvanlanıb.

"Sinif yoldaşları ilə müəllimlərinizin diqqətini yayındırmaqdan rahatsız bir şey yoxdur. Buna görə yaxası çox açıq, qısa ətək və dar paltar geyinməməyi təklif edirik".

Post 30 yanvarda yazılıb. O, tələbələrin sosial media hesabları vasitəsilə yayılandan sonra #UPBEnFalda (UPB qısa ətəkdə) onlayn kampaniyaya təkan verib.

Cümə axşamı günü kampaniyaya qatılanlar şəkillərini paylaşıblar.

Yerli jurnalist Jenny Giraldo tvitində yazıb ki, başqaları özlərinə nəzarət edə bilsin deyə geyimləri dəyişdirmək, insanlara zorlanmaya məruz qalmamağı tövsiyə etmək kimi bir şeydir.

"Bizim qısa ətək və açıq yaxa uğrunda mübarizə apardığımızı düşünənlər səhvə yol verir. Biz qadınlara qarşı hörmətsizliyə sövq edən mesajlara son qoymaq istəyirik", - tələbə Helena Múnera tvitləyib.

Şəhər bələdiyyəsinin üzvü Daniela Maturana yazır ki, "qadın qısa ətək və yaxud da istədiyini geyinirsə, bu onun təqiblərinə yol açan yaşıl işıq demək deyil".

Siyasi elmləri öyrənən tələbə Mariana Duque Diez Universitetdə nümayişkaranə qısa ətəkdə olanlardan biridir. Hərçənd ki, o həm özünün, həm də daha bir müəlliminin dərslərə tez-tez qısa ətəkdə gəldiyini deyir.

Həmçinin oxuyun:

UPB ilk dəfə deyil ki, seksizmə görə tənqid olunur.

2015-ci ildə Universitet 5-dən 10 yaşınadək qızlar üçün nəzakətli davranış üzrə yay məktəbi təsis edərkən kursları "Qızların məsələsi" adlandırmışdı.

Fotonun müəllifi Pontifical Bolivarian University
Image caption 2015-ci ildə Universitet 5-dən 10 yaşınadək qızlar üçün nəzakətli davranış üzrə yay məktəbi təsis edərkən kursları "Qızların məsələsi" adlandırmışdı.

Bu barədə daha geniş