2018 Qış Olimpiadası: Şimali Koreya Cənubi Koreya prezidentini Pxenyana dəvət edib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Kim Yo-jong prezident Moon-jae-a qardaşının yazdığı dəvətnaməni təqdim edib.

Şimali Koreya lideri Kim Jong-un Cənubi Koreya prezidenti Moon Jae-in-i Pxenyana dəvət edib.

Əgər Cənubi Koreya dəvətnaməni qəbul edərsə, bu, on ildən artıq dövrdə iki Koreya lideri arasında ilk görüş olacaq.

Cənab Moon iki Koreyanın bu görüşün "baş tutmasına imkan" yaratmalı olduqlarını deyib və Şimali Koreyanı ABŞ-la danışıqlara qayıtmağa çağırıb.

Şimali Koreyanın dəvətnaməsini Cənubi Koreyada keçirilən Qış Olimpiadasının açılışı ərəfəsində prezident sarayında keçirilən görüşdə Kim Jong-un-un bacısı Kim Yo-jong təqdim edib.

Xanım Kim və Şimali Koreyanın simvolik dövlət başçısı Kim Yong-nam 1950-ci illərdən indiyədək Şimali Koreyadan Cənubi Koreyaya səfər edən ən yüksək səviyyəli nümayəndə heyətinə başçılıq ediblər.


Həmçinin oxuyun:


Təxminən 30 yaşı olduğu ehtimal edilən xanım Kim-in böyük qardaşının Kim Jong-un-a yaxın olduğu deyilir və o, keçən il qüdrətli siyasi buronun üzvü təyin olunub.

Üç saatlıq görüşdə iki ölkənin rəsmiləri kimçi (Koreya milli mətbəxinin məşhur bibərli turşu kələm) və düyüdən hazırlanmış socu adlı spirtli içkini paylaşıblar.

Xanım Kim cənab Moon-u "mümkün qədər tezliklə" səfərə dəvət edib, Cənubi Koreya prezident sarayından bir sözçü bildirib.

Washington Post qəzetinin Tokio bürosunun rəhbərinin tvitinə əsasən, görüş bitməmişdən əvvəl xanım Kim bir vərəqə "Pxenyan və Seulun koreyalıların ürəyində yaxınlaşacağını" və "yaxın gələcəkdə rifah və birləşmənin" baş tutacağını arzu etdiyini yazıb.

ABŞ-ın reaksiyası necə olub?

Görüş, ABŞ-ın Pyenxanla əlaqələrin yaradılmasına qarşı xəbərdarlığından sonra baş tutub.

Trump administrasiyası Seulun Şimali Koreya ilə əlaqələrinin olimpiada dövründəki inkişafından narahatdır. ABŞ üçün ən narahatedici məqam Şimali Koreyanın sürətlə inkişaf edən nüvə raket proqramıdır.

Media bildirir ki, dəvətnamə cənab Moon-u çətin vəziyyətdə qoyur, çünki seçki kampaniyasında, o Şimali Koreya ilə əlaqələri bərpa etməyi vəd etmişdi, lakin bu addımlar Cənubi Koreyanın müttəfiqi ABŞ-in istəklərinə ziddir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Açılış mərasimində bir-birinə yanaşı əyləşən ABŞ vise-prezidenti Mike Pence və xanım Kim Yong-nam bir-birlərilə üzləşməməyə cəhd ediblər.

Bundan əvvəl Olimpiadanın açılış mərasimində bir-birinə yanaşı əyləşən ABŞ vise-prezidenti Mike Pence və xanım Kim Yong-nam bir-birlərilə üzləşməməyə cəhd ediblər, Yonhap xəbər agentliyi yazır.

Açılış mərasimində Şimali Koreya idmançıları Cənubi Koreya idmançıları ilə səhnəyə çıxdığı anda cənab Pence ayağa qalxmayıb.

Şənbə günü, o Twitter-də yazıb ki, ABŞ "Şimali Koreya rejiminin dünya səhnəsində təbliğat tamaşasının maneəsiz davam etməsinə imkan" verməyəcək.

Şimali Koreya nə istəyir?

"Prezident Moon cavabında görüşün baş tutması üçün hər iki tərəfin düzgün şəraiti yaratmalı olduqlarını bildirib", Cənubi Koreyanını sözçüsü Kim Eui-kyeom deyib.

Cənubi Koreya prezidenti Şimali Koreyadan ABŞ-la danışıqlara başlamağı və iki Koreya arasında da danışıqların bərpa edilməsini xahiş edib.

Cənab Moon-un administrasiyası iki Koreyanın, Olimpiya oyunlarının "sülh üçün yaratdığı müsbət ab-havanı davam etdirməyə razı olduqlarını" bildirib.

Lakin Pxenyanın nüvə proqramı iki ölkəni danışıqlara cəlb etməyə yönələn bütün səylər üçün manealar yaradacaq.

Bundan əvvəl cənab Moon bəyan etmişdi ki, o, Şimali Koreyadan nüvə gərginliyinin aradan qaldırılması üçün cəhd göstərməsi barədə vəd istəyir.

Lakin Pusan Milli Universitetindən analitik Robert E Kelly tvitləyib ki, Koreyalar arasında əlaqələr "normala qayıdacaq".

Ekspertlər həmçinin qeyd ediblər ki, cənab Moon Şimali Koreyadan iki ölkə arasında ayrılmış ailə üzvlərinin bir-birlərilə görüşməsinə imkan yaradılmasını tələb edə bilər.

Bu barədə daha geniş