İsrail Suriyaya güclü zərbə endirdikdən sonra İrana xəbərdarlıq edib

Site of crash of Israeli F-16 warplane, 10 February Fotonun müəllifi Reuters
Image caption Israilə məxsus F-16 təyyarəsi Suriya hava hücumu əleyhinə müdafiə sistemləri ilə vurulduqdan sonra İsrailin şimalında yerə düşüb.

İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, onun ölkəsi İranın Suriyada hərbi mövge qurmaq cəhdlərinə qarşı çıxacaq.

Ordu rəhbərliyi ilə keçirilmiş görüş zamanı Benjamin Netanyahu deyib ki, İsrail "özünü istənilən hücumdan qoruyacaq".

Netanyahu bu sözləri İsrail Suriyadakı hərbi hədəflərə, deyildiyi kimi, son onilliklərin ən irimiqyaslı zərbəsini endirdikdən sonra deyib.

İsrailin Suriya ərazisinə reyd keçirən hərbi təyyarəsi Suriya tərəfindən vurulduqdan sonra İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib.

İsrail bildirib ki, ilk hava reydinin keçirilməsinə səbəb İran dronunun İsrail ilə Suriya arasında sərhəd xəttini pozması olub.

İran bu ittihamı rədd edib.

İsrail təyyarələrinin ilk hava hücumu zamanı İsrailə məxsus F-16 təyyarəsi Suriya hüva hücumu əleyhinə müdafiə sistemləri ilə vurulduqdan sonra İsrailin şimalında yerə düşüb.

Təyyarədən katapult olunmuş israilli pilotlar xəstəxanaya çatdırılıblar.

Qeyd olunduğu kimi, 2006-cı ildən bəri ilk dəfədir ki, İsrail hərbi döyüş şəraitində reaktiv təyyarəsini itirir.

"Iran İsrailin suverenliyini pozub, - Netanyahu deyib. - Onlar Suriya ərazisindən İsrail ərazisinə dron göndəriblər... İsrail buna görə İranı və onları qonaqlayan Suriyanı məsul sayır".

Eyni zamanda Netanyahu bunu da qeyd edib ki, İsrail "sülh tərəfdarıdır".

Bu barədə daha geniş