Səudiyyədə həbsxana kimi istifadə olunan dəbdəbəli otel yenidən mehmanxana kimi işləməyə başlayıb

The Ritz Carlton in Riyadh on 11 Feb Fotonun müəllifi AFP/Getty
Image caption Antikorrupsiya kampaniyası gedişində 200-dən çox şahzadə, nazir və biznesmen saxlanılıb.

Səudiyyə Ərəbistanında keçən ilin noyabr ayından antikorrupsiya kampaniyası gedişində dindirilmək üçün çağırılmış onlarla şahzadə və yüksəkvəzifəli rəsminin saxlanma yeri kimi istifadə olunan dəbdəbəli mehmanxana yenidən öz normal işinə qayıdıb.

Ər-Riyad şəhərindəki Ritz-Carlton otelinin işçiləri BBC-yə bildiriblər ki, mehmanxana yenidən qonaq qəbul etməyə başlayıb.

Səudiyyənin bu və bir sıra digər otellərində antikorrupsiya kampaniyası gedişində 200-dən çox şahzadə, nazir və biznesmen saxlanılıb.

Yanvarın sonunda Səudiyyə prokuroru bildirmişdi ki, kampaniya nəticəsində saxlanılanlarla əldə olunmuş razılıq əsasında xəzinəyə ümumilikdə $100 milyarda yaxın pul və aktiv qaytarılıb.

Baş prokuror deyib ki, 56 nəfər hələ də həbs altında saxlanmaqdadır, bəzi xəbərlərə görə, həmin adamlar Ristz-Carlton otelindən həbsxanaya köçürülüblər.

Səudiyyə Ərəbistanında antikorrupsiya kampaniyası kral Salmanın 32 yaşlı oğlu, vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə keçirilir.

Bu barədə daha geniş