İran rəsmiləri ekoloq-alimin həbsxanada "intihar etdiyini" bildirib

Kavous Seyed-Emami Fotonun müəllifi Samid Lotfi/Courtesy CHRI
Image caption Seyid-İmaminin intihar etməsi İranda şok xəbər effekti yaradıb.

Iran ədliyyəsi bildirb ki, Tehran həbsxanasında casusluq ittihamı ilə saxlanılan tanınmış ekoloq-alim, ona qarşı verilmiş ifadələrə görə intihar edib.

İkili, İran və Kanada vətəndaşlığı olan 63 yaşlı Kavus Seyid-İmami ötən ay həbs olunmuşdu.

Onun oğlu atasının intihar etməsinə inanmadığını bildirib.

Mərhumun həmkarlarından biri deyib ki, İranın elm adamları şokdadır.

Fəalların bildirdiyinə görə, dustaqlar arasında baş verən daha bir neçə, iddia edildiyi kimi, intihar hadisəsi də şübhə doğurur.

New York-da mənzillənən İran İnsan Hüquqları Mərkəzi (CHRI) adlı lobbiçilik qrupu BBC-yə deyib ki, İran ikili vətəndaşlığı olanlara qarşı təzyiqi artırıb.

Sosiologiya professoru Kavus Seyid-İmami Fars Canlı Təbiət İrsi Fonduna rəhbərlik edib.

"O, casusluqla bağlı işdə müttəhim qismində keçənlərdən biri idi, ona qarşı verilən ifadələrdən xəbərdar olduğuna görə, və özünün verdiyi ifadələrə görə, təəssüf ki, o, həbsxanada özünə qəsd edib", - Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi ILNA xəbər agentliyinə bildirib.

İran rəsmiləri Seyid-İmaminin həyat yoldaşına deyiblər ki, o, Evin həbsxanasında cümə günü intihar edib, Seyid İmaminin oğlu bildirib.

Mərhumun oğlu sosial şəbəkələrdə bildirib ki, atasının intihar etməsinə inanmır.

İran Sociologiya Assosiasiyası da professorun ölümü barədə xəbəri təəccüblə qarşılayıb.

"Onun barəsində verilmiş məlumat inandırıcı deyil, biz rəsmilərdən cavab gözləyirik", - bəyanatda deyilib.

Prokurorun bildirdiyinə görə, şənbə günü İran rəsmiləri "elmi və ətraf mühit layihələri adı altında" məxvi məlumat toplayan adamları həbs edib.

Xəbərlərə görə, Seyid-İmami həbs olunanda onunla birgə azı 7 nəfər həbs olunub, onların arasında ikili İran-ABŞ vətəndaşlığı olan Murad Təhbəz də var.

Seyid-İmaminin ölüm xəbəri, İran rəsmilərinin bildirdiyinə görə, bu yaxınlarda keçirlmiş hökümət əleyhinə etirazlar zamanı həbs olunanlardan iki nəfərin həbsxanada intihar eteməsindən sonraya təsadüf edib.

Ölənlərin ailələri, fəallar və vəkillər rəsmilərin izahatını rədd edərək, bu hadisələrin müstəqil komissiya tərəfindən araşdırılmasını tələb edib.

Bu barədə daha geniş