Çin: buz bağlamış dağların heyrətamiz mənzərəsi

Fotonun müəllifi DAVE STAMBOULIS

Çinin Huanqşan rayonu UNESCO-nun Dünya İrsi siyahısına daxil olunmuş obyektlərdəndir. Bu bölgə Çinin ən populyar turist məkanlarından biri sayılır. Qış mövsümündə Huanqşan Milli parkında heyrətamiz mənzərənin - buz bağlamış dağ və qayaların şahidi olmaq mümkündür.

Buludlara dirənmiş dağ zirvələri

Fotonun müəllifi DAVE STAMBOULIS

Çinin şərqində, Anhoy vilayətində yerləşən Huanqşan Milli parkı qranit qayaları və dağ zirvələrilə məhşurdur. Bəzi zirvələrin hündürlüyü 1000 metrdən də artıqdır, həmin zirvələrin başını aşağıdan üzən buludlar alır.

Zirvələrin ətrafında isə şəlalər, mağaralar və yerin altından vuran isti su qaynaqları yerləşir.

Qış nağılı

Fotonun müəllifi DAVE STAMBOULIS

Yay aylarında parkın dağ cığırlarında turist əlindən ayaq basmağa yer olmur. Lakin qışın oğlan çağında, havanın temperaturu sıfırdan aşağı düşəndə burada tamaşaçı nəzərinə açılan gözəlliyi yayda haqlamaq mümkünsüzdür.

Təbiət fenomeni

Fotonun müəllifi DAVE STAMBOULIS

Qış aylarında dumanlı havadakı rütubət nəmliyi qayaların üzünə çökür və kristallaşaraq buza dönür - nəticədə, qayaları buz köynəyi örtür.

Bu təbiət fenomeni havanın temperaturu (-2C ; -10C) civarında olarkən müşahidə olunur.

Rütubət və duman

Fotonun müəllifi DAVE STAMBOULIS

Huanqşan 1990-cı ildən bəri UNESCO-nun Dünya İrsi siyahısına daxil olunub. Bu ərazinin rütubətliyi olduqca yüksəkdir. Yayda burada yağan yağış norması 300 mm-dən artıq olur.

Qışda tufanlı havadan sonra əmələ gələn qatı duman şəraiti bir neçə gün ərzində seyrəlmək bilmir.

Məhz belə dövrlərdə qayalar əyin-başını buz zirehinə dəyşir.

Buz zirehində

Fotonun müəllifi DAVE STAMBOULIS

Ağac budaqlarını və qranit zirvələri ağardan qırov gündən-gündə buz qabığını qalınladır.

Əsən güclü külək dumanı dağıdanda isə ağacların gövdəsini və budaqlarını örtmüş buz qatına yalnız heyrətlənmək qalır.

Qayalıqdakı şamağacı

Fotonun müəllifi DAVE STAMBOULIS

Huanqşanda şam ağacına yalnız sıldırım qayalarda rast gəlmək mümkündür. Bu şam ağaclarının əyri-bükük gövdəsi onsuz da dramatik olan mənzərənin vahiməlilik dərəcəsini daha da artırmış olur.

Əsrlər boyu bu mənzərə Çin şairləri və rəssamlarını yaradıcılığa ilhamlandırıb.

Güman olunduğuna görə, Hollywood filmi "Avatar"-ın yaradıcıları da məhz buradan ilham alıblar.

Mavi dağlar diyarı

Fotonun müəllifi DAVE STAMBOULIS

Çinin VIII əsr şairi Li Bai "Huanqşanda şəfəq" poemasında yazıb: "Döğan Günəş şüaları ağacların başına işıq salıb - burada, mavi dağlar diyarında. Ey çinlilər, başınızı dikəldin!"

Li Bai-in o dövrdə təsvir etdiyi mənzərə indi də insanı heyrətə salır - xüsusən də, buzla örtülmüş dağ və ağacları görəndə.

Bu barədə daha geniş