2018-ci il Qış Olimpiyası: Cənubi Koreya Şimali Koreya nümayəndələrinin xərclərini ödəyir

olimpiya, şimali koreya, xərclər Fotonun müəllifi Getty Images
Image caption Cənubi Koreya Qış Olimpia oyunlarında imali Koreya nümayəndələrinin də xərcini ödəyəcək

Cənubi Koreya Qış Olimpiya oyunlarında Şimali Koreyanın nümayəndələrinin xərclərini ödəmək haqda plan qəbul edib.

2.64 milyon dollar məbləğində xərc Cənubi Koreyanın Birləşmə Nazirliyinin büdcəsindən ödəniləcək.

400 nəfərdən çox Şimali Koreya izləyiciləri və iştirakçıları Qış Olimpiya oyunları üçün Cənubi Koreyada yerləşən Pyeongchang-a gedib.

Şimali Koreyanın Qış Olimpiya Oyunlarına qatılacağı sürpriz olub. Son bir ildə Pxenyan ilə beynəlxalq ictimaiyyət arasında nüvə gərginliyi və təkrarlanan raket sınaqları ilə gərginliyin artdığı bir zamanda bu qərar gözlənilməz olub.

Cənubi Koreya hökuməti Şimalı dəvət etməklə bunun dialoqa şans olduğunu və gərginliyin azaldılmasına xidmət etdiyini söyləyib. Ancaq bəzi cənubi koreyalılar, bununla Şimali Koreyaya təbliğat üçün bir platforma veriləcəyindən narahatdırlar.

Reuters-in xəbərinə görə, ziyarət edən şimali koreyalıların əksəriyyəti Seuldakı lüks otellərdə və Pyeongchangdakı Olimpiya yerləri yaxınlığında qalıb.

Reuters məlumat yayıb ki, 22 Şimali Koreyalı atletin xərclərini Beynəlxalq Olimpiya Komitəsi ödəyir, buna baxmayaraq, Cənubi Koreya dövlət büdcəsindən Şimali Koreyanın yüksək rütbəli siyasi nümayəndələrinin də xərcləri ödəniləcək.

Cənubi Koreya 2002-ci ildə Busanda keçirlilən Asiya Oyunları zamanı da 600-dən çox şimali koreyalının xərclərini ödəyib.

Bu barədə daha geniş