Rusiya: məktəbli qızın evə vaxtında çatması üçün qatar marşrutuna əlavə dayanacaq daxil edilib

File image of Russian girl on a train Fotonun müəllifi John Burcham
Image caption Yeni dayanacaq təsis edilənə qədər Karina Kozlova məktəbdən evə çatmaq üçün yola 3 saatdan çox vaxt sərf edirdi.

Rusiyanın şimal-qərbində, Murmansk vilayətindəki dəmiryolu cəmi iki sərnişin üçün - 14 yaşlı qız və onun nənəsi üçün əlavə olaraq Sankt-Peterburq - Murmansk qatarının marşrutuna yeni dayanacaq daxil edilib.

Qudok qəzetinin yazdığına görə, Karina Kozlovanın məktəbə vaxtı-vaxtında gedib-gələ bilməsi üçün Sankt-Peterburq - Murmansk qatarı ucqar Poyakonda stansiyasında dayanmağa başlayıb.

Poyakondada qatar dayanacağı platforması və ya işarəsi yoxdur, qatar burada yalnız Karina və onun nənəsini düşürtmək üçün dayanır.

Poyakonda stansiyasında cəmi 50-dək insan yaşayır.

Gənc nəsildən kənddə qalan yalnız Karinadır.

Poyakonda sakinlərinin çoxu Ağ Dəniz sahilində Moskva Dövlət Universiteti tərəfindən bioloji araşdırmaların aparılması üçün qurulmuş elmi stansiyada çalışır.

Sankt-Peterburq - Murmansk qatarı Poyakonda stansiyasında dayanmayana qədər, Karina məktəbdən evə yalnız axşam saat 9-da elektrik qatarı ilə gəlib çata bilirdi.

Nəticədə, gündəlik dərslərini etməyə məktəbli qızın vaxtı qalmırdı.

İndi isə, Sankt-Peterburq - Murmansk qatarı Poyakondada dayanmağa başladıqdan bəri, Karinaya məktəbdən sonra evə çatmaq üçün cəmi yarım saat vaxt tələb olunur.

Qudok qəzeti yazır ki, yeni dayanacaq qatarın marşrutuna daxil edilənədək, illər boyu Karina Kozlova və onun nənəsi hər gün yola gündə üç saat vaxt sərf etməli olublar.

Bu barədə daha geniş