Çinli qadın çantası ilə birlikdə rentgen maşınına girib

X-ray image of woman with her handbag Fotonun müəllifi Pear Video

Təhlükəsizlik yoxlanışları zamanı əl çantanızın oğurlanmasından narahat olursunuz? Eyni narahatçılığı yaşayan bir çinli qadın hər ehtimala qarşı rentgen maşınına çantası ilə birgə girib.

Çinin cənubunda Dongguan dəmiryol stansiyasının işçiləri rentgen monitorlarında bir sərnişinin siluetini görüblər.

Bu qəribə hadisə, Ay Yeni İli səyahəti ərəfəsində ötən bazar günü baş verib. Video yazı internetdə yayılıb.

Konveyer kəmərindən düşəndən sonra, o, çantalarını yoxlayıb və gedib.

Qəribə rentgen şəkilləri, qadının çantası arxasında hündür daban ayaqqabılarla iməklədiyini göstərib.

Qadının əl çantası üçün bu qədər narahat olmasının səbəbi bilinməsə də, Çin Yeni İli zamanı səyahət edən çinlilər özləri ilə böyük məbləğdə nağd pul gəzdirirlər.

Fotonun müəllifi Pear Video

Pear Video-nun görüntülərində həmin sərnişin əvvəlcə çamadanını konveyerin üzərinə yerləşdirdiyi, sonra isə kiçik əl çantası ilə təhlükəsizlik skanerindinən keçməyə çalışdığı göstərilir.

Bütün çantaların rentgen maşınından keçməli olduğu bildirilsə də, o, çantasından ayrılmaq istəməyib.

Görünür ki, bu xanım həll yolunu əşyaları ilə birgə konveyer kəmərindən keçməkdə tapıb. Kəmərin digər tərəfindən çıxarkən təəccüb içində olan bir işçi ona gülüb.

Yerli mediaya əsasən, Dongguan dəmiryol stansiyası işçiləri artıq sərnişinlərə rentgen maşınlarına girməməyi tapşırırlar. Belə ki, skanerlərdən ayrılan radiasiya zərərli ola bilər.

Həmin qadın, bu il fevralın 16-na keçiriləcək Çin Yeni İli bayramı üçün səyahət edən 390 milyon sərnişindən biridir.

Bu barədə daha geniş