Florida hücumu: FBI və müəllimlər Nikolas Cruz barəsində xəbərdar edilliblərmiş

qətliam, məktəb, USA, Amerika, silahlar Fotonun müəllifi Getty Images
Image caption Floridada məktəbə hücumu törədən Nikolas Cruz məhkəmədə

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) çərşənbə günü Florida əyalətində orta məktəbdə 17 nəfərin öldüyü silahlı hucumu həyata keçirən 19 yaşlı Nikolas Cruz haqqında şikayət olmasına baxmayaraq, hücumun qarşısının alınmamasına görə araşdırmaya başladığını bəyan edib.

ABŞ-da 2012-ci ildən bəri baş verən ən ölümcül silahlı hücumu həyata keçirən Cruz YouTube-da bir videonun altına "professional bir məktəb qətliamçısı ola bilərəm" şərhini yazıb.

FBI onlara daha əvvəl Cruz haqqında şikayət gəldiyini təsdiqləyib.

ABŞ mətbuatına görə silahlı hücuma məruz qalan məktəb müəllimləri də Cruz-un məktəbə çanta ilə daxil olmasına icazə verməmələri barədə xəbərdarlıq aldıqlarını deyiblər.

FBI YouTube videosunun altına yazılan şərhi araşdırdıqlarını və bunun kim tərəfindən yazıldığını aydınlaşdıra bilmədiklərini açıqlayıb.

Silahlı hücumda yaralanan 14 nəfərdən üçünün həyatı təhlükədədir.

YouTube istifadəçisi Ben Bennight videonun altındakı şərhi gördükdən sonra FBI-ya zəng edib və 20 dəqiqə telefonla danışdığını açıqlamışdı.

Cruz-un məktəbdən niyə kənarlaşdırıldığı isə hələki məlum deyil.

Sinif yoldaşları onun çantasındakı mərmilərə görə məktəbdən kənarlaşdırıldığını desə də yerli polis Cruz-un silahlı hücum həyata keçirəcəyi potansialına sahib olması ilə bağlı məlumat almadığını bildirir.

Silahlı hücumda ölən şagirdlərin yaşlarının 14 ilə 18 arasında olduğu bildirilir.

Chris Hixon və Scott Beigel adlı iki müəllimin də şagirdlərini qorumaq istəyərkən güllələrə tuş gələrək öldükləri deyilir.

Bu barədə daha geniş