Emal edilmiş qida ilə "xərçəng əlaqəsi" varmı?

Araşdırma müəllifləri xərçəng riskini artıran qidalara kütləvi istehsal edilərək paketlənmiş çörək növləri də aid edilib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Araşdırma müəllifləri xərçəng riskini artıran qidalara kütləvi istehsal edilərək paketlənmiş çörək növləri də aid edilib

Fransalı tədqiqatçılar aşırı emal edilmiş qida ilə xərçəng xəstəliyi arasında əlaqənin olduğunu müəyyən ediblər.

Alimlər aşırı emal edilmiş ərzaq növlərinə qızardılmış toyuq tikələri, tort və kütləvi istehsal edilən çörəyi də aid ediblər.

Araşdırmada 105 min adam iştirak edib.

Onun nəticələrinə əsasən emal edilmiş ərzaq istehlakının artması ilə xərçəng riskinə tutulma şansı da artmış olur.

Tədqiqatın nəticələrinə dair ehtiyatlı yanaşma izhar olunur. Ekspertlər sağlam qidalanmanın üstünlüyünü qeyd edir.

Aşırı emal edilmiş ərzaq növlərinə nə aid edilir?

  • Kütləvi istehsal edilərək paketlənmiş çörək və bulkalar
  • Çipslərlə daxil paketlənmiş şirin və şor qəlyənaltı növləri
  • Şokolad və şirniyyat
  • Qazlı və şirinləşdirilmiş içkilər
  • Küftə ət, toyuq və qızardılmış balıq tikələri
  • Əriştə və şorbalar
  • Dondurulmuş və yarımfabrikat ərzaq növləri
  • Qismən və ya sırf şəkər, yağ və piydən hazırlanan yeməklər

Qida ilə xərçəng riski arasında əlaqə barədə çoxsaylı araşdırmalar mövcuddur.

Artıq çəkililik, siqaretdən sonra xərçəng riskini artıran ən ciddi amillərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal edilmiş ətin də xərçəng riskini bir qədər artırdığını bildirir.

Həmçinin oxuyun: