İranda 66 nəfəri daşıyan təyyarə qəzaya uğrayıb

ATR 72-500 Fotonun müəllifi Konstantin von Wedelstaedt
Image caption Aseman şirkəti ATR 72-500 təyyarələrindən istifadə edir.

Iranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfərin həlak olduğunu bildirən aviaşirkət qeyd edib ki, təyyarənin düşdüyü yerə xilasedicilər hava şəraitinə görə çatmadığından, itki olub-olmadığını dəqiqliklə və birmənalı demək hələlik mümkün deyil.

Aseman Airlines şirkətinə məxsus təyyarə Tehrandan ölkənin cənub-qərbindəki Yasuc şəhərinə uçarkən Zaqros dağlıq ərazidə yerə düşüb.

İsfahan vilayətinin Semirom şəhəri yaxınlığında Qırmızı Xaçın xəttilə xilasedici qruplar axtarış işləri aparır.

EP 3704 reysi ilə uçan təyyarə Tehrandan yerli vaxtla saat 08:00-də qalxıb və bir saatdan sonra radarlardan itib.

Təyyarə Yasucdan 22 km məsafədə yerləşən Dena dağında qəzaya uğrayıb, IRINN xəbər kanalı məlumat verib.

Qoşa mühərriki olan turboreaktiv ATR 72-500 təyyarəsi Fransada istehsal edilib.

Təyyarədə 60 sərnişin, 2 mühafizəçi, iki göyərtə bələdçisi və iki pilot olub.

Aviaşirkətin sözçüsü Məhəmməd Təbatəbai bildirib ki, axtarış nəticəsində təyyarənin yerə düşdüyü məlum olub.

Məhəmməd Təbatəbai əvvəlcə təyyarədəki 66 nəfərin öldüyünü bildirsə də, sonradan dediklərinə düzəliş edərək qeyd edib ki, təyyarənin düşdüyü əraziyə baxış keçirilmədiyindən, təyyarədəki adamların hamısının həlak olduğunu "dəqiqliklə və birmənalı təsdiqləməq hələlik mükünsüzdür".

Fövqəladə Hallar xidmətinin rəhbəri Pir Hüsseyn Kulivəndə istinadən qurbanlar arasında uşağın olduğu deyilir.

Pis hava şəraiti xilasetmə işlərini çətinləşdirir.

Bu barədə daha geniş