Türkiyə vətəndaşı Azərbaycanın istintaq təcridxanasında ölü tapılıb

Türkiyə vətəndaşı istintaq təcridxanasında ölü tapılıb. Fotonun müəllifi Getty Images
Image caption Türkiyə vətəndaşı istintaq təcridxanasında ölü tapılıb.

Türkiyə vətəndaşı 59 yaşlı Ertekin İsmayıl Sönmez Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında ölü tapılıb.

Məlumatı BBC Azərbaycancaya təsdiq edən Baş Prokrurorluğun mətbuat xidmətindən bildirilib ki, o "xəstəlikdən" ölüb.

"Ertekin İsmayıl Sönmez haqqında beynəlxalq axtarış elan olunub və o, fevralın 10-da Heydər Əliyev adına Bakı hava limanında həbs olunub. Ekstradisiya olunana qədər onun istintaq təcridxanasında saxlanması nəzərdə tutulub"- Baş Prokurorluqdan bildirilib.

Prokurorluq orqanları faktla bağlı araşdırma aparır.

Ertekin Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etmə ittihamı əsasında beynəlxalq axtarışa verilmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş