Banqkok məhkəməsi yaponiyalı kişini tailandlı surroqat analardan olan 13 uşağın atası tanıyıb

Kong Suriyamontol (C-with sunglasses), the Thai lawyer for Japanese national Mitsutoki Shigeta, speaks to the press after his client was granted paternity rights to his children, at a juvenile court in Bangkok on February 20, 2018. Fotonun müəllifi AFP/Getty Images
Image caption Məhkəmə prosesində yaponiyalı kişinin vəkili iştirak edib, jurnalistlərlə də ünsiyyətdə elə həmin vəkil olub.

Banqkok məhkəməsi Yaponiyadan olan kişiyə tailandlı surroqat analardan olan 13 uşağa atalıq hüququna sahib olduğu barədə qərara çıxarıb.

Məhkəmənin qərarı 28 yaşlı Mitsutoki Shigeta-ya uşaqlara valideyn qayğısı göstərmək hüququ verir.

Varlı biznesmenin oğlu olan həmin kişinin 2014-cü ildə Tailanddakı surroqat analardan 16 uşaq atasının olduğu məlum olub.

"Uşaq fabriki" adı verilmiş bu qalmaqaldan sonra Tailand xarici vətəndaşlar üçün kommersiya əsasında surroqat ana xidmətinin göstərilməsinə qadağan qoyub.

Surroqat analara valideynlik hüququ verməyən məhkəmə Mitsutoki Shigeta-nın "tənha valideyn" statusunu tanıyıb.

2014-cü ildə onun Tailandda 16 surroqat uşağın atası olması üzə məlum olduqdan sonra Interpol Mitsutoki Shigeta-nı insan trafikinqi ilə əlaqədar yoxlamadan keçirib.

BBC-nin Cənub-Şərqi Asiya müxbiri Jonathan Headqeyd edir ki, Mitsutoki Shigeta-nın vəkili bildirib ki, onun müştərisi sadəcə böyük ailə başçısı olmaq istəyir və zəngin yaponiyalı biznesmenin oğlu olduğu üçün ailəsini tələb olunan səviyyədə saxlamaq imkanındadır.

Banqkok məhkəməsi bu izahatı qəbul edib.

Qalan 3 uşaq üzərində atalıq hüququ Mitsutoki Shigeta-ya məhkəmə tərəfindən 2015-ci ildə verilmişdi.

Bu barədə daha geniş