Foto xəbər: Şimali Koreya Olimpiadaya general göndərir

Fotonun müəllifi AFP
Image caption Kim Yong-çol

Şimali Koreya Pyonqçanqda Qış Olimpiya Oyunlarının bağlanış mərasiminə yüksək rütbəli rəsmilərindən birini - general Kim Yong-çolu göndərəcək.

General Kim Şimali Koreyanın kəşfiyyat idarəsinin rəhbəridir. Onun Cənubi Koreya üzərinə bir neçə hücum hazırladığı barədə məlumatlar var.

Cənubi Koreya deyir ki, Kim Yong-çol-un səfəri iki ölkə arasında əlaqələrin inkişafına töhvə verə bilər.