Şəkillərdə: Avropa Sibir qarının soyuğunda titrəyir
Romaya son altı ildə ilk qar yağıb.

Şəklin mənbəyi, Reuters
Romaya son altı ildə ilk qar yağıb. Ancaq qar bu kişini gündəlik idmanından məhrum edə bilməyib. O, Colosseum yaxınlığında qaçır. İtaliya paytaxtı soyuğa hələ bir neçə gün dözməli olacaq.
Şəklin mənbəyi, AFP
Bu da Romadır. Turistlər qar altında Konstantin Tağını ziyarət edir. Amma hamı belə keyf edə bilmir. Nəqliyyatın hərəkəti pozulub və məktəblər bağlanıb.
Şəklin mənbəyi, Reuters
Romanın Circus Maximus (Böyük Sirk) adlanan antik cıdır meydanı. Küçədə gecələyən evsiz-eşiksizlər qatar dayanacağı stansiyalarından belə havada sığınacaq kimi istifadə edir.
Şəklin mənbəyi, Reuters
Circus Maximus ətrafında yağmış qara seyr etməyə çıxmış insanlar. Uzaqlıqda görünən kilsə Müqəddəs Pyotr bazilikasıdır.
Şəklin mənbəyi, Reuters
Müqəddəs Pyotr meydanında gənc keşiş qartopu oynayır. Sibir istiqamətindən gəlmiş soyuq küləklər Avopanın böyük bir hissəsinə şaxta gətirib.
Şəklin mənbəyi, AFP
Almaniyaya da güclü qar yağıb. Berlində evsizlər üçün nəzərdə tutulmuş sığınacaqların ağızadək dola biləcəyi narahatlıq doğurur.
Şəklin mənbəyi, AFP
Fransa, İsveç, Avstriyanın bəzi hissələri və Avropanın digər yerləri qar altındadır. Kosovo paytaxtı Priştinada bu küçə tamamilə qarla örtülüb.