Britaniya mətbuatı: Qız uşaqlarını abort etdirməkdə Ermənistan yalnız Çindən, bir də… Azərbaycandan geridə qalır

Hamilə

"The Guardian" qəzetinin müxbiri Suzanne Moore Yerevana səfərinin ardınca yazdığı məqalədə qeyd edir ki, "qadınları məhv etməyin çox yolları var…"

"Bu yollar o qədər çoxdur ki, bəzi qadınları heç görmək də mümkün olmur…Çünki bu qadınlar heç dünyaya gəlmirlər".

Moore-un məqaləsi Ermənistanda çox ağrılı bir problemə, yeni texnologiyalar vasitəsilə dölün cinsiyyətinin doğuşdan əvvəl müəyyən edilməsinin cəmiyyətə gətirdiyi xoşagəlməz meylə həsr olunub.

Həmçinin oxu

Jurnalist Ermənistanda görüşdüyü qadınlardan birini xatırlayır. Qavar rayonundan olan bu 30 yaşlı qadın çox əsəbi görünürdü.

Qız uşaqlarının abortları niyə edilir?

Qavar qız uşaqlarının abortlarına görə yalnız Çindən geridə qalır. Burada hər 120 oğlana 100 qız doğulur.

Həmin bu əsəbi qadın da kilsəyə gedib Allaha yalvarmaq istəyir.

O, qızına deyir: "Gedək kilsəyə şam yandıraq ki, balaca qardaşın olsun".

O, indiyədək hamilə qaldığı 10 qız uşağını abort elətdirib.

Qadın deyir ki, növbəti uşağı da abort elətdirsə, qəmlənməyəcək. Əri kədərlənəcək, çünki o bu uşaqların abort edilməsinin əleyhindəir.

"Amma onun özü bir çox ermənilər kimi ilin yarısından çoxunu Rusiyada işdə olur. Bir neçə ildən sonra qızlar hamısı çıxıb gedəcəklər və mən tək qalacağam…" - deyir qadın.

Doğuşdan əvvəl cinsiyyətin seçimi metodunun populyarlığını artıran əsas faktorlardan biri də ailədə nəslin davamçısı kimi oğlan uşağının daha mühüm olması barədə yayılmış stereotipdir.

Qızlar ərə gedirlər, oğlanlar ata evində qalırlar. Buna görə də qız itki, oğlan qazancdır.

Fotonun müəllifi SPL
Image caption Ermənistan həkimlərinə hamilələyin 12-ci həftəsinədək uşağın cinsiyyətini demək qadağan olunub. (Şəkil arxiv)

Moore yazır ki, bu mülahizəni Ermənistanda adamlardan təkrar-təkrar eşidirdi.

Yerevandakı Sevan tibb mərkəzinin direktoru Hraçya Xalafyan deyib ki, Ermənistandakı cinsi mütənasibsizlik barədə ilk dəfə eşidəndə şoka düşüb.

Bəsdi adı niyə verilir?

Moore yazır ki, Ermənistanda qız uşaqlarına mənası "kifayətdir" və ya "bəsdir" olan adlar da verirlər.

Xalafyan deyir ki, həkimlərə hamilələyin 12-ci həftəsinədək uşağın cinsiyyətini demək qadağan olunub. Amma bunu sözsüz çatdırmağın da yolları var.

"Həkim qələmi sol cibinə qoyubsa uşaq qız, sağ cibinə qoyubsa oğlandır".

"Biz hər il 1400 qız itiririk. Bəs bizim oğlanlarımız kimlərlə evlənəcəklər? Biz erməni xalqını necə inkişaf etdirəcəyik?

Cəmi 3 milyonuq. Bizim belə itkilər verməyə haqqımız yoxdur. Bir azdan qız doğmaq üçün ana tapılmayacaq" - deyib Xalafyan.

Moore yazır ki, cinsiyyət seçimli (diskriminasiyalı) abort Qafqazda və Asiyada sürətlə artır.

Ermənistan bu sahədə təkcə Çindən və…Azərbaycandan geri qalır.

Belə görünür ki, bu meyl fertilliyin azaldığı şəraitdə daha da geniş yayılmaqda davam edəcək.

İndi ailələr daha az uşaq istəyirlər. Söhbət bir uşaqdan gedəndə isə üstünlük oğlan uşağına verilir.

Moore-un məqaləsində deyilir ki, belə bir vəziyyət Ermənistanda bəzən hətta lətifəyəbənzər vəziyyətlər yaradır.

Məsələn, bəzi məktəblərdə oğlanlar, oğlanlarla rəqs edirlər.

Cinsiyyət seçimi proqramı nədir?

Bu da qeyd olunur ki, BMT 2011-ci ildən cinsiyyət seçimi əsaslı abortların qarşısının alınması proqramına başlayıb.

Əvvəlcə müqavimət göstərdikdən sonra Ermənistan bu proqrama qoşulmağa razılıq verib.

Nəticələr özünü dərhal göstərib.

Məsələn 2014-cü ildə Ermənistanda hər 114 oğlana 100 qız doğulurdu, ötən il bu nisbət 110-100-ə düşüb.

Moore yazır ki, belə bir vəziyyətin yaranmasına qonşu Azərbaycanla müharibə də təsirini göstərir.

Qavardakı məktəblərdən birinin direktoru Araksiya Verdanyan deyir ki, "hər gün əsgərlərimiz öldürülür".

"Bizə oğlanlar sərhədlərimizi qorumaq üçün lazımdır" - deyir direktor.

Ermənistan nazirləri də yaranmış vəziyyətin dəyişilməsi üçün əllərindən gələni edirlər.

Onlar cəmiyyətə qız uşaqları barədə pozitiv mesajlar verməyə çalışırlar. 12 həftəliyində uşağını abort etdirmək istəyən qadına üç gün də son qərarın qəbul edilməsi üçün verilir.

Moore yazır ki, Yerevandakı Kukla Teatrı Mərkəzinin "Nenin səfəri" adlı tamaşasında qızlar divlərə qalib gəlirlər.

Kukla ustası Armen Safaryan səhnədən balacalara müraciət edir: "Bizim oğlan, yoxsa qız olmağımızı Allah müəyyənləşdirir.

Mən kişilərə və qadınlara eyni cür qiymət verirəm. Bizim yolumuz təzəcə başlanlır və bizə qızlar lazımdır. Biz bu qətllərə son qoymalıyıq".

Moore yazır ki, bu problemin həllinə kilsə də qoşulub.

Bu işdə xüsusilə də psixoloq İnqa Harutyunyan fərqlənir.

O, müqəddəs Eçmiadzindəki Vaqarşapat seminariyasında gənc keşişlərə təlim verir.

Harutyunyan deyir ki, qədimlərdə Ermənistanda qadın ilahələrə sitayiş edilib.

Lakin o, bu gün xristian keşişlərə deyir ki, onların əsas silahı sözləridir.

Harutyunyan keşişlərə müqəddəs İncildə qadınlara hörmət aşılayan hikmətləri adamlara çatdırmağı xahiş edir.

Moore yazır ki, 1990-cı illərdə ultrasəs cihazlarının tətbiqinə başlanması bütün keçmiş sovet respublikalarında dölün cinsiyyət seçimi kimi xoşagəlməz hal yaradıb.

Ermənistanda isə bu problem daha kəskin şəkil alıb.

Əgər belə davam edərsə, Ermənistan 2060-cı ilədək 93 min qadın itirəcək.

Bu, 93 min potensial ana deməkdir.

Fotonun müəllifi Getty Images
Image caption Melania Trump-ın vəkili deyib ki, xanım Trump-ın valideynləri ölkəyə prezident adminsitrasiyasının üzvü kimi gəlmədiklərinə görə bu məsələ tamamilə şəxsi mahiyyət daşıyır.

"Miqrantları sevməyən" Trump-ın qaynata-qaynanasına ABŞ vizasını necə veriblər?

"The Independent" xəbər verir ki, ABŞ-ın birinci ledisi Melania Trump-ın valideynlərinə Amerikada daimi yaşamaq hüququ verilib.

Məqalədə deyilir ki, 2016-cı ildən bəri apardığı kampaniyada mühacirətə qarşı çıxan Trump bu məsələni çox da açıb-ağartmaq istəməyib.

Miqrasiya ekspertlərinin firkincə, ehtimal ki, Viktor və Amaliya Knav-lar Birləşmiş Ştatlarda yaşamaq hüququnu ailə bağları əsasında əldə ediblər.

Birinci ledinin vəkili Michael Wildes deyib ki, xanım Trump-ın valideynləri ölkəyə prezident adminsitrasiyasının üzvü kimi gəlmədiklərinə görə bu məsələ tamamilə şəxsi mahiyyət daşıyır.

Vəkil "The Washington Post" qəzetinə deyib ki, onlar bu səbəbdən də bu məsələ barəsində geniş açıqlama verməyəcəklər.

Amerika qanunlarına əsasən amerikalılar valideynlərini ölkəyə daimi yaşayış üçün dəvət etmək hüququna malikdirlər.

İkinci bir yol, Amerikada hər hansı bir sahibkarın kimisə işçi kimi dəvət etməsi ola bilər.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump miqrasiya ilə bağlı tvitlərinin birində "zəncirvari miqrasiyaya" son qoymağa çağırır.

Lakin ABŞ miqrasiya vəkili Kehrela Hodkinson "The Independent" qəzetinə deyib ki, Knav-lar böyük bir ehtimalla ölkəyə ailə üzvləri kimi gəliblər.

Vəkil deyib ki, ixtisaca şofer olan cənab Knav və ixtisasca toxucu olan xanım Knav-ın Amerikaya iş üçün gəldikləri ağlabatan görünmür.

Lakin məqalədə deyilir ki, Donald Trump-ın bütün cidd-cəhdinə baxmayaraq onun qaynata və qaynanasının ABŞ-a köçməsi müəyyən narahat suallar doğuracaq. Bu suallardan ən xoşagəlməzi birinci ledi Melania-nın özünün Amerikaya necə gəlib çıxması barədədir.

Cənab Wildes bundan əvvəl iddia edirdi ki, Melania ABŞ-a 1996-cı ildə turist kimi gəlib, amma cənab Trump sonradan onun model kimi "fövqəladə istedadlarını" nəzərə alaraq onun yaşıl kart almasını maliyyələşdirib.

Lakin The Associated Press bildirir ki, Melania hələ Amerikada iş icazəsi almazdan əvvəl burada qanunsuz olaraq 10 model işi görüb.

Sentyabr ayında prezident Trump məhz ailə üzvü kimi ABŞ-a köçənlərin qarşısının alınmasına çağırmışdı.

O hətta belə bir tvit yazmışdı:

"ZƏNCİRVARİ MİQRASİYAYA son qoyulmalıdır. Bəzi adamlar bura gəlirlər və sonra bütün ailələrini də çəkib gətirirlər. BU YOLVERİLMƏZDİR!"

"The Washington Post" yazır ki, birinci ledinin ata-anası ABŞ-a bir xeyli müddətdir gəliblər, sadəcə olaraq bunun səsi indi çıxıb.

Bu barədə daha geniş