Kvant kompüterləri dövrünə doğru "daha bir addım atılıb"

Quantum computing Fotonun müəllifi Science Photo Library

Kvant hesablamalrı texnologiyası silisium əsasında hazırlanmış proqramlaşdırılan kvant prosessoru sayəsində daha bir addım irəliləyib.

Elmi qrup mikrodalğalı enerji vasitəsilə silisium nümunəsinin daxilində hərəkət edən iki elektronu sinxronlaşdırdıqdan sonra, onlardan yoxlama hesablamalarının aparılması üçün istifadə edib.

Alimlər ümid edir ki, silisiumdan istifadə kvant kompüterlərinə nəzarəti və onların istehsalını asanlaşdıracaq.

Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

Kvant nəzəriyyəsi əsaslarının təfsirində "Schrödinger pişiyi" adlı məsəldən tez-tez istifadə olunur.

Həmin məsələnin məğzi çox qısa şəkildə belə təsvir oluna bilər: Qapalı otaqda 50/50-yə ehtimalı ilə çəkic zərbəsinə məruz qalacaq və öldürücü zəhərli maddə ilə dolu olan bir şüşə qabı var, həmin qabın yanında isə bir pişik oturub.

Alman fiziki Erwin Schrödinger-in bu məsələylə bağlı qoyduğu sual belədir: görəsən, otaqdakı pişik ölüdür ya diri?

Klassik fizika üçün burada bir problem olmadığı halda, yəni, qapını açıb pişiyə baxmaqla məsələ həll olunursa, kvant fizikasında pişik eyni zamanda həm ölü, həm də diri sayılır.

Bu məsəl kvant fizikası üçün xarakterik və olduqca vacib olan superpozisiya konsepsiyasının - yəni, hansısa bir obyektin eyni zamanda iki vəziyyətdə mövcudluğu mümkünlüyünün izahı üçün istifadə olunur.

Kvant hesablamalarının üstünlüyünü və potensial imkanlarını digər üsullardan da fərqləndirən məhz superpozisiya prinsipidir.

Standart kompüter prosessorlarında informasiya paketi və ya informasiya biti yalnız bir vəziyyətdə ola bilər: "hə" və ya "yox" vəziyyətində.

Kvant prosessorları isə fərqlidir.

Onlar yalnız "hə" və ya yalnız "yox" daşıyıcıları kimi işləmək əvəzinə, demək olar ki, sürrealist görünə biləcək, eyni anda həm "hə" həm də "yox" statuslu informasiya daşıyıcıları məkanında işləyir.

Kvant informasiyasının bu cür ikili statuslu vəziyyətinə kubit (qubit) deyilir

Nəticədə, kvant prosessorunun hesablama gücü adi standart prosessorlardan ikiqat artıq olmalıdır.

Elmi məqalənin müəlliflərindən biri, Hollandiyanın Delft Texnologiya Universitetindən doktor Tom Watson BBC-yə deyib ki, kvant prosessorlarının kompüter hesablamalarında tətbiqi üçün "kubitlərin sayı minlərlə, bəlkə də, milyonlarla olmalıdır".

Bu barədə daha geniş