"İslam Dövləti" ilə əlaqəsinə görə 15 türkiyəli qadın İraqda ölümə məhkum edilib

İŞİD, qadınlar, qadın döyüşçülər Fotonun müəllifi DELIL SOULEIMAN/AFP/GETTY IMAGES
Image caption İraqın anti-terror qanunlarına görə, özünü İslam Dövləti adlandıran yaraqlı qrupa qoşulan hər kəs, hətta döyüşçü olmayanlar da aşkar edildikdə ölüm cəzası alırlar

İraq məhkəməsi özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmaya qoşulmaqda günahlandırılan ən azı 15 türk qadınla bağlı ölüm hökmü çıxarıb.

Bəzi məlumatlarda deyilir ki, edam hökmünə məhkum edilən 16 nəfərdi, ancaq bəzi mənbələr bir qadının ömürlük həbs olunduğuinu deyir.

Məhkəmənin qənaətinə görə, qadınlar İD yaraqlıları ilə evləndiklərini, yaxud qrupa logistika dəstəyi verdiklərini, həmçinin hücumları həyata keçirməkdə onlara köməklik göstərdiklərini etiraf ediblər.

Minlərlə xarici vətəndaş İraqda və Suriyada İD sıralarında döyüşüb və ölüb.

Məlumata görə, 20 və 50 yaş arasında olan çadralı qadınlar bazar günü İraqın mərkəzi cinayət məhkəməsinə gətirliblər. Onlardan dördünün yanında azyaşlı uşaqları olub.

Onlardan biri məhkəməyə deyib ki, o, yaraqlılar tərəfdən İraq hərbiçilərinə qarşı vuruşub.

AFP xəbər agentliyinin yaydığı məlumata əsasən, İraqda azı 560 qadın və 600 uşaq "cihadçı" və İD yaraqlılarının qohumları olması səbəbiylə həbs olunub. Yüzlərlə saxlanan şəxslə bağlı məhkəmə davam edir.

Bu ayın əvvəllərində bir turk qadın ölümə məhkum edilib və digər 10 nəfər isə ömürlük həbsə məhkum olunub.

Human Rights Watch təşkilatı məhkəmə ilə bağlı narahatlığını ifadə edib və prosessi ədalətsiz adlandırıb.

Bir neçə ay öncə İraqda İD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının da saxlandığı bildirilmişdi.

İraqın anti-terror qanunlarına görə, İD-ə qoşulan hər kəs, hətta döyüşçü olmayanlar da aşkar edildikdə edam cəzası alırlar.

Bu barədə daha geniş