"Ölümdən sonrakı həyatdan mesaj" - Qədim Misir nekropolunda tapıntı

A wooden coffin inside the recently discovered burial site in Minya, Egypt Fotonun müəllifi Reuters

Misirdə ölümdən sonrakı həyatdan mesaj verən onlarla daş tabut və boyunbağının olduğu qədim nekropol aşkarlanıb.

Qahirənin cənubundakı Minya şəhəri yaxınlığında olan ərazinin 2000-dən çox yaşı var və qazıntıların beş il davam edəcəyi gözlənilir.

Fotonun müəllifi Reuters

Misirin əntiq əşyalar naziri Xalid əl-Ənani nekropolda 40 qəbir, zərgərlik, dulusçuluq əşyaları və qızıl maska tapıldığını deyib.

O deyib ki, ərazidə Firon dövrünün sonlarından e.ə. 300-cü illərin erkən Ptolemey dövrünə (Misir tarixində Ptolemey ellinizm dövrü) qədər olan dəfn kurqanları tapılıb.

"Bu yeni kəşfin başlanğıcıdır. Biz yaxın gələcəkdə Orta Misir yeni arxeoloji araşdırmalar aparacağıq", - Xalid əl-Ənani deyib.

Fotonun müəllifi Reuters

Arxeoloji missiyanın rəhbəri Mustafa Vəziri, son üç ayda səkkiz türbə tapıldığını, lakin daha çoxunun ortaya çıxmasını gözlədiyini söyləyib.

"Qəbiristanlıqdakı bütün qəbirləri ortaya çıxarmaq üçün evakuasiya işinin beş il davam etməsi planlaşdırılır", - Mustafa Vəziri deyib.

Cənab Vəziri, məzar və abidələrin bir çoxunun qədim Misir tanrısı Totun kahinlərinə aid olduğunu söyləyib.

Fotonun müəllifi EPA

Horus tanrısının dörd oğlunun üzünə bənzəyən qapaqlar şəklində hazırlanmış dörd yaxşı saxlanmış bərnilər də tapıntılar arasındadır.

"Onlarda hal-hazırda mərhumların mumiyalanmış daxili orqanları qalır. Bərnilər sahiblərinin adı və titulunu göstərən heroqliflərlə bəzədilib", - Cənab Waziri bildirib.

O, üzərində heroqliflərlə "xoşbəxt yeni il" yazılan boyunbağının aşkarlanmasının yeni il ərəfəsinə təsadüf etməsinin "gözəl təsadüf" olduğunu bildirib.

"Bu, ölümdən sonrakı həyatdan bizə göndərilmiş bir mesajdır", - Mostafa Waziri deyib.

Fotonun müəllifi EPA

Bu ayın əvvəlində arxeoloqlar 4,400 il tarixi olan qədim kahin türbəsini aşkar ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş