Georgia ştatında müəllim boş sinifə silahdan atəş açıb

silahlı hücum, ABŞ, məktəbdə silah

Şəklin mənbəyi, WHITFIELD COUNTY SHERIFF'S OFFICE/CBS

Şəklin alt yazısı,

53 yaşlı müəllim Jesse Randall Davidson sinif otağının qapısın bağlayaraq boş sinifə silahdan atəş açıb

ABŞ-ın Georgia ştatındakı məktəbdə öz sinfində barrikada quraraq boş otağa atəş açan müəllim polis tərəfindən saxlanıb.

ABŞ mediasının xəbərinə görə, 53 yaşlı Jesse Randall Davidson qapını bağlayaraq, şagirdləri dəhlizdə saxlayıb və məktəb müdiri qapını açarkən atəş edib.

İddia edilən atəş nəticəsində heç bir şagird yaralanmayıb, ancaq bir nəfərin ayağı burxulub.

Hadisə Floridada orta məktəbdə 17 nəfərin silahlı hücum nəticəsində öldürülməsindən və prezident Trump-ın müəllimlərin silahlı hücumçulara qarşı silahlandırılmasına çağrışından sonra baş verib.

Müəllimin bu hərəkətinin səbəbi hələ məlum deyil.