Çində 5-ci mərtəbədən yıxılan qız uşağını tutan polis işçisi xəstəxanada özünə gəlib

China ambulance (file image) Fotonun müəllifi AFP
Image caption Qız uşağını xilas etmiş qadın polis əməkdaşı komaya düşdükdən sonra cümə günü özünə gəlib

Çində Yol Polisinin qadın əməkdaşı 5-ci mərtəbənin pəncərəsindən yıxılan 3 yaşlı qız uşağını tutaraq ölümdən xilas edib.

Çen Jonpin, Quyjou vilayətinin Kaili şəhərində çoxmərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində pəncərəyə dırmaşan qız uşağını görən kimi özünü həmin pəncərənin altına çatdırır.

Uşağın anası bağlanmış mənzil qapısının bayır tərəfində qalıbmış, uşaq isə içəridə olub.

Qapını açmağa səylər göstərildiyi zaman, çilingər alətinin səsindən qorxuya düşmüş qız uşağı pəncərəyə dırmaşır, oradan isə yıxılır və polis əməkdaşının ovcuna düşür.

Yerli rəsmilərin bildirdiyinə görə, pəncərədən yıxılan qız uşağı əvvəlcə çadırın üstünə düşüb, oradan isə polis işçisinin üstünə.

Bununla belə, hadisə nəticəsində aldığı zərbədən 49 yaşlı qadın polis əməkdaşının beynində qanaxma baş verib, və o, 2 gün ərzində koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsində saxlanılıb.

Qız uşağını xilas etmiş qadın polis əməkdaşı cümə günü özünə gəlib, Guiyang Evening News qəzeti xəbər verib.

Hazırda o, xəstəxananın ümumi şöbəsinə keçirilib.

Pəncərədən yıxılmış 3 yaşlı qız uşağı da xəstəxanaya yerləşdirilib, onun da vəziyyəti sabitdir.

Bu barədə daha geniş