Porno ulduz Trump-ı məhkəməyə verib

Ms Daniels hosted a Super Bowl party last month Fotonun müəllifi Getty Images
Image caption Stormy Daniels deyir ki,o, cənab Trump-la intim əlaqələrə 2006-ci ildə başlayıb

Donald Trump-la intim əlaqələrdə olduğunu iddia edən porno aktrisası Stormy Daniels ABŞ prezidentini məhkəməyə verərək, iddiasına dair sirrin qorunması barədə imzaladığı sazişin etibarsız olduğunu deyir.

Əsl adı Stephanie Clifford olan porno ulduzu deyir ki, 2016-cı il ABŞ prezident seçkilərindən əvvəl imzaladığı saziş, cənab Trump tərəfindən imzalanmadığına görə etibarsızdır.

Cənab Trump-ın şəxsi vəkili Michael Cohen keçən ay fərdi şəkildə Stormy Daniels-a 130 min dollar ödədiyini etiraf edib.

Xanım Clifford məhkəməyə müraciətində Michale Cohen-in onu "susdurmaq üçün hədə qorxu" gəldiyini iddia edir.

2011-ci ildə InTouch jurnalına verdiyi müsahibədə xanım Clifford Donald Trump-la cinsi əlaqəyə 2006-cı ildə, cənab Trump-ın yoldaşı Melania Trump-ın oğlu Barron-u doğduğundan qısa müddət sonra başladığını deyib.

Lakin bu hadisə, Wall Street Journal qəzetinin sirrin qorunması barədə sazişin imzalanması xəbərini yaydıqdan sonra bir daha gündəmə gəlib. Qəzetin iddiasına əsasən, sazişin məqsədi xanım Daniels-ı seçkidən qabaq susdurmaq imiş.

Cənab Cohen Donald Trump və porno ulduzu arasında hər hansı romantik əlaqələrin olmasını "sərt şəkildə inkar" edib.

Vəkil Stephanie Clifford-a pul ödədiyini etiraf etsə də, ödənişin səbəbini izah etməyib. O, nə cənab Trump-ın nə də ki, onun ailəsinə məxsus Trump Organization şirkətinin ödənişlə əlaqəsi olmadığını deyib.

"Xanım Clifford-a ödəniş qanunidir və kimsə tərəfindən ödənilən (seçki) kampaniya ödənişi və ya kampaniya xərci deyil", o deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş