Britaniya mətbuatı: Rusiyanın xainlər üçün “məxfi zəhər zavodu”

Salisbury-də ötən həftə Sergey Skripal və onun qızına qarşı işlədilmiş kimyəvi maddənin Moskvadan qaynaqlandığını demək hələ tezdir. Fotonun müəllifi Getty Images
Image caption Salisbury-də ötən həftə Sergey Skripal və onun qızına qarşı işlədilmiş kimyəvi maddənin Moskvadan qaynaqlandığını demək hələ tezdir.

"The Guardian" yazır ki, Moskvanın ətraflarında yerləşən bu görkəmsiz binanın çox da sadə səslənən adı var: 2 nömrəli elmi tədqiqat institutu və ya rusca qısa şəkildə Nİİ-2.

Kənardan baxanda ağacların arasından yalnız bir-iki pəncərəsində işıq görünür.

Amma bu laboratoriyanın dəqiq funksiyası dövlət sirridir. Buna baxmayaraq Rusiya kəşfiyyatının pensiyada olan, ya da qaçaq düşmüş bir sıra keçmiş zabitləri deyirlər ki, əsası 1921-ci ildə Leninin göstərişi ilə qoyulmuş bu təşkilat Kremlin bədnam "zəhər zavodudur".

Qərb ekspertləri inanırlar ki, bu müəssisənin ilkin məqsədi döyüş meydanlarında istifadə etmək üçün kimyəvi maddələr hazırlamaq olub. Bundan sonra KGB belə bir nəticəyə gəlib ki, zəhərlər ayrı-ayrı fərdlərə tətbiq olunması üçün daha münasibdir.

Salisbury-də ötən həftə Sergey Skripal və onun qızına qarşı işlədilmiş kimyəvi maddənin Moskvadan qaynaqlandığını demək hələ tezdir. Britaniya alimləri Porton Down şəhəri yaxınlığındakı laboratoriyada bu maddənin mənşəyini müəyyənləşdirməyə çalışırlar. Belə maddələr insan kimi ayaq izləri buraxır.

Britaniya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarından biri deyib ki, əgər söhbət çox nadir kimyəvi maddədən gedirsə, burada dövlətin barmağı olduğuna dair ehtimallar artmış olacaq.

Sovet İttifaqının LabX deyilən laboratoriyasının mövcudluğu barədə Stalinin casusu Pavel Sudaplatov məlumat verib. Sudaplatov bu laboratoriya və onun direktoru Qriqoru Mayranovski barədə özünün 1994-cü ildə dərc olunmuş "Xüsusi xidmətlər" adlı kitabında yazır. Bu ümumən şox açıq-saçıq bir kitabdır.

Sudaplatov yazırdı ki, adamlara adi tibbi müayinə vaxtı iynə vurardılar. "Pasientlərdən" ən məşhuru Sovet həbsxanasında müəmmalı şəkildə vəfat etmiş İsveç diplomatı Raoul Wallenberg-dir.

Burda doktor Ukrayna millətçilərinə və düşmən tərəfinə keçənlərə iynə vururdu. Bu barədə Sudaplatov kifayət qədər açıq yazıb. Bu edamlar üçün hökmləri sovet liderləri çıxarırdılar.

KGB düşmənlərin ləğvini Sovet dövrünün sonrakı illərində də həyata keçirirdi. KGB generalı Oleq Kalugin etiraf edirdi ki, 1978-ci ildə çətirin ucuna taxılmış zəhərli iynə ilə öldürülmüş bolqar dissident Markovun zəhəri də bu laboratoriyada hazırlanıb. Əməliyyatı Bolqarıstanın təhlükəsizlik xidmətləri həyata keçirmişdi. Moskva Markovu Britaniya casusu heab edirdi.

Sonralar Birləşmiş Ştatlara sığınmış KGB polkovniki Yuri Shvets yazır ki, sözü gedən məxfi LabX laboratoriyasında 1980-ci illərdə olub. KGB-nin texniki əməliyyatlar direktorluğu zəhər, narkotik və psixotrop maddələrin istehsalı ilə məşğul idi.

Şvetsin özü də Amerikada sampan qədəhinin içinə SP-117 yazılmış qovucuqdan dərman qatmışdı. Onun fikrincə bu dərmanın adından belə nəticə çıxarmaq olardı ki, KGB-nin toksik arsenalında azı 116 zəhər növü var. O sözü gedən zəhər fabriki barədə məlumatları bu müəssisənin Eskulap ləqəbli işçisindən almışdı. Eskulap qədim yunanlarda təbabət allahı idi.

Bu laboratoriya Sovet liderlərini heyran qoyurdu. Sonuncu lider Mixail Qorbaçov 1988-ci ildə müəssisə ilə maraqlanmışdı. Amma KGB ona informasiya verməkdən imtina etmişdi.

Buna baxmayaraq bu laboratoriyanın sirləri SSRİ dağılanda açıldı. Laboratoriyanın indiki fəaliyyəti barədə məlumat yoxdur. Lakin kəşfiyyat ekspertləri düşünürlər ki, laboratotriya fəaliyyətini olduğu kimi davam etdirir.

Litvinenko əməliyyatında istifadə olunmuş polonium Sarov şəhərindəki başqa bir dövlət müəssisəsində istehsal olunmuşdu.

Ehtimal edilir ki, Moskva laboratoriyasında poloniumu Londona aparıla biləcək formaya salıblar. Bu da düşünülür ki, Litvinenkonun fincanına tökülən polonium jelatin qabıqlı mikrohəb formasında olub.

FTX-nin indiki "elmi institutu" deyilənlərə görə girişi çox çətin olan əlçatmaz bir yerdə tikilib. Bu da qeyd olunur ki, sovetlər burda Əfqanıstan müharibəsində yaralanmış əsgərləri müalicə edirdilər.

Amma yəqin ki, bu düzgün məlumat deyil. Putin erasının iddia edilən qurbanları - təhqiqat jurnalsitlərini, çeçen döyüşçüləri və Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu dioksinə bənzər bir namaddə ilə zəhərləyiblər.

Sudaplatovun sirr açan kitabını bu gün Rusiyada yazıb dərc etdirmək mümkün olmazdı. İndi belə kitablara görə insanların hansı talelərlə üzləşdiyi bəllidir.

Amma qoca kəşfiyyatçı bilirdi ki, heç bir sirri qiyamətədək gizlədib saxlamaq mümkün deyil.

Buna görə də düşünmək olar ki, keçmiş casus Skriplaın zəhərlənməsinə dair detallar bir neçə onillikdən sonra faş olacaq.

Bu barədə daha geniş