Rusiya "hipersəs sürətli Kinjal raketini sınaqdan keçirib"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Rusiya Müdafiə Nazirliyi Kinjal raketinin snaqdan keçirilməsini əks etdirən video yayıb.

Rusiya nüvə başlığı daşıya bilən hipersəs sürətli yeni raketini uğurla sınaqdan keçdiyini bildirib.

Martın 1-də Rusiya Federal Məclisi qarşısında etdiyi çıxışında prezident Vladimir Putin Rusiyanın ən yeni silah arsenalına sahib olduğunu bəyan edib.

Həmin arsenala daxil olan silah növləri arasında şənbə günü sınaqdan keçirilmiş Kinjal (Xəncər) hipersəs sürətli yeni raketin də adı çəkib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda sınaq zamanı raketin hərbi təyyarədən ayrıldığı və alov püskürərək böyük sürətlə uçduğu əks olunub.

Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, "seçilmiş hədəfi vuran Kinjal raketi" şənbə günü Rusiyanın cənub-qərbində yerləşən aerodormdan qalxmış MiG-31 hərbi təyyarəsindən buraxılıb.

"Raket sınağı plana uyğun keçirilib, seçilmiş hədəf vurulub", - nazirlik bildirib.

Martın 18-də Rusiyada prezident seçkilərnin keçiriləcəyi gözlənilir.

Bu seçkidən Vladimir Putinin qalib çıxacağı ehtimal olunur.

Martın 1-də Rusiya Federal Məclisi qarşısında etdiyi çıxışında Vladimir Putin Kinjal raketinin səs sürətindən onqat artıq sürətlə hərəkət etdiyini və uçuş məsafəsinin 2000km olduğunu bildirərək, Rusiya raketlərinin ABŞ-ın Florida ştatına düşdüyünü təsvir edən qrafik video da nümayiş etdirib.

Bununla bağlı, ABŞ Dövlət Departamenti həmin nümayişi "məsuliyyətli beynəlxalq oyunçuya yaraşmayan hərəkət" adlandırıb.

Bu barədə daha geniş