Fransanın sabiq prezidenti Nicolas Sarkozy polis tərəfindən saxlanılıb

Ex-French President Nicolas Sarkozy (file pic) Fotonun müəllifi Getty Images

Fransanın sabiq prezidenti Nicolas Sarkozy seçki kampaniyasının maliyyələşməsində Liviyanın keçmiş lideri Müəmmar Qəddafidən pul aldığı iddiaları ilə bağlı dindirilmək üçün polis tərəfindən saxlanılıb.

Polis onun 2007-ci il seçki kampaniyasının maliyyələşməsində aşkar etdikləri nöqsanları araşdırır.

O, bundan əvvəl də polis tərəfindən dindirilib. Yanvarın 7-də cənab Sarkozy-nin keçmiş köməkçisi Alexandre Djouhri bu istintaq nəticəsində Londonun Heathrow hava limanında həbs edilib.

Cənab Sarkozy 2012-ci ildə bir daha hakimiyyətə gəlməyə cəhd etsə də, uğursuz olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş