"Putin Dünya Kubokunu Hitler kimi öz təbliğatına çevirmək istəyir"

Britaniyanın xarici işlər naziri Boris Johnson Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Britaniyanın xarici işlər naziri Boris Johnson

Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiya prezidenti Putinin futbol üzrə dünya çempionatından Hitler kimi öz təbliğatı üçün istifadə edəcəyindən narahatlığını bildirib.

Britaniya parlamentində müzakirələr zamanı Boris Johnson futbol üzrə dünya çempionatından Putinin öz xeyrinə istifadə edəcəyi fikirlərini səsləndirən deputat Ian Austin-la razılaşaraq: "Qorxuram ki, bu, həqiqətən də belədir, həqiqətən də belədir" deyib.

Ian Austin parlamentdə çıxışında bildirib ki, Adolf Hitler Almaniyada keçirilmiş 1936-cı il olimpiadasını nasizim təbliğatına çevirdiyi kimi Putin də ölkəsində keçiriləcək futbol üzrə dünya çempionatını öz təbliğatına çevirəcək.

Boris Johnson öz çıxışında deputatın fikirlərini bölüşüb.

1936-cı il Olimpiadası Berlində nasist Almaniyasının hakimiyyəti vaxtında keçirilmişdi. O vaxt nasist rejim Olimpiadanı hitlerizmin nümayişinə çevirmişdi.

Fotonun müəllifi Reuters
Image caption Britaniya komandası mütləq oyuna qatılmalıdır, Boris Johnson deyib

Boris Johnson deyib ki, təcili yarışa gedəcək azarkeşlərin təhlükəsizliyi barədə Rusiya ilə müzakirə aparmaq lazımdır.

Ancaq o, Dünya Kubokunu boykot etmək təklifi ilə razılaşmayıb, deyib ki, Britaniya komandası mütləq oyuna qatılmalıdır.

İndiyə qədər bu ilin yayındakı Dünya Kubokuna qatılmaq üçün 24 min ingiltərəli azarkeş müraciət edib.

Boris Johnson deyib ki, Rusiyadan çıxarılan 23 Britaniya diplomatı arasında azarkeşlərlə məşğul olacaq səlahiyyətli şəxslər də var.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Boris Johnson-u Rusiyanın düşmən obrazını yaratmaqda ittiham edib.

Britaniya və Rusiya arasında münasibətlər keçmiş rusiyalı casusun zəhərlənməsindən sonra gərginləşib.

Britaniyada sığınacaq almış keçmiş kəşfiyyat rəsmisi Sergei Skripal və onu qızı naməlum vəziyyətdə zəhərləniblər.

Britaniya hakimiyyəti bu işdə Rusiyanın əli olduğu iddiasını ortaya qoyub, Rusiya isə bu iddiaları təkzib edir.

Bu barədə daha geniş