Malala Yousafzai güllələndikdən sonra ilk dəfə Pakistana gəlib

Ms Yousafzai pictured in a close-up headshot at an event in Norway in late 2017 Fotonun müəllifi Getty Images
Image caption Malala Yousafzai indi Oxford Universitetində oxuyur

Nobel Sülh Mükafatı qalibi Malala Yousafzai Taliban yaraqlıları tərəfindən güllələndikdən sonra ilk dəfə Pakistana gəlib.

Hazırda 20 yaşı olan hüquq müdafiəçisi Malala 2012-ci ildə qızların təhsil alması üçün apardığı kampaniyanın qurbanı olub. Taliban yaraqlıları buna görə onu güllələmişdilər.

Onun baş nazir Shahid Khaqan Abbasi ilə görüşü gözlənilir.

Təhlükəsizlik səbəblərindən Malalanın səfər detalları açıqlanmır, rəsmilər AFP xəbər agentliyinə deyiblər.

Pakistanın yerli televiziyası onun İslamabadda Benazir Bhutto Beynəlxalq Aeroporta gəlməsini göstərib.

Fotonun müəllifi University Hospitals Birmingham
Image caption Malala Pakistan hərbi xəstəxanasından Britaniyaya aparılmış, orda uzun müddət müalicə olunmuşdu.

Malalanın Pakistana səfərinin 4 gün çəkəcəyi gözlənilir. Ancaq məlum deyil ki, o, ana vətəni Suayitə baş çəkəcək, yoxsa yox.

Malala 11 yaşı olanda BBC Urdu üçün anaonim gündəlik yazıb və Taliban hakimiyyəti altındakı həyatından bəhs edib.

Qızların təhsili üçün kampaniya aparan Malala 15 yaşında məktəb avtobusunda gedərkən hücuma məruz qalıb.

Taliban o zaman bildirmişdi ki, Malala "qərbyönümlü olduğu" və "Pakistanda Qərb dəyərlərini yaydığı" üçün vurulub.

Hadisə zamanı Malala aldığı yaralardan həyatını itirmək təhlükəsi ilə üzləşib.

O, Pakistan hərbi xəstəxanasından Britaniyaya aparılmış, orada uzun müddət müalicə olunmuşdu. Malalanın ailəsi də onunla bərabər getmişdi.

Fotonun müəllifi Reuters
Image caption Sağalandan sonra Malala dünyanın hər yerində uşaqların təhsili və onun hüquqları ilə bağlı çıxışlar etməyə başlayıb

Sağalandan sonra Malala dünyanın hər yerində uşaqların təhsili və onun hüquqları ilə bağlı çıxışlar etməyə başlayıb.

O, atası ilə birgə Malala Fondunu təsis edib. 2014-cü ildə Malala Nobel Sülh Mükafatını alıb.

Bu barədə daha geniş