Bağ-bağçalarından səmərəli istifadə etməyən özbəklər üçqat torpaq vergisi ödəyəcək

Shavkat Mirziyoyev (left) Fotonun müəllifi Facebook/Shavkat Mirziyoyev
Image caption Prezident Mirziyoyev istəyir ki, camaat ərzaq məhsullarını öz həyətyanı sahəsində yetişdirsin.

Özbəkistan höküməti vətəndaşlarını xəbərdar edib ki, səmərəli istifadə olunmayan həyətyanı sahələrə görə torpaq vergisi üçqat artırılacaq.

Daryo.uz xəbər saytının yazdığına görə, rəsmilər "fermerlik fəaliyyətinə, istixana, mal-qara və toyuq-cücə saxlanmasına əhalidəki marağı müəyyən etmək üçün" bütün həyətyanı sahələri ildə iki dəfə baxışdan keçirəcək.

Xəbərdə deyilir ki, polis əməkdaşları, vergi müfəttişləri və yerli prokurorlardan ibarət heyət "həyətyanı sahədən səmərəli istifadə edilmədiyini" aşkarlayacağı təqdirdə həmin sahəyə görə torpaq vergisi üçqat artırılacaq.

Yeni qayda prezident Şavkat Mirziyoyevin vətəndaşların süd və kartof kimi məhsulları həyətyanı sahələrdə yetişdirmək əvəzinə onu bazar-dükandan almalarından məyusluq hissi keçirdiyini bildirəndən sonra elan edilib.

"Özbəklər torpağı becərməlidirlər", - ötən həftə prezident deyib, kun.uz vebsaytı bildirib.

Fotonun müəllifi FRED TANNEAU/AFP
Image caption Toyuq-cücə saxlamaq Özbəkistanda dövlət əhəmiyyətli işə çevrilib.

İslam Kərimovun vəfatından sonra 2016-cı ilin dekabr ayında seçilmiş Özbəkistan prezidenti öz həyətyanı sahəsində işləməyi qəbahət saymır.

Müxalifətçi Eltuz.com saytının yazdığına görə, onun 110 toyuğu var və o, yumurtaları doğma kəndinə göndərərk əvəzində ət və qatıq alır.

Prezident deyib ki, o, hər həftəsonu uşaqları ilə birgə toyuq hinini təmizləyir.

"Prezident olmaq fərqli olmaq demək deyil. Hər gün işləməlisən", - Mirziyoyev deyib.

Fotonun müəllifi PAVEL GOLOVKIN/AFP
Image caption Özbək lideri deyir ki, öz həyətyanı sahəsindəki toyuq hinini özü təmizləyir.

Bu barədə daha geniş