İnsanın saçı niyə tökülür?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Saçlarımız niyə tökülür?

Qadınlarda saç daha gec yaşlarında və əsasən başın yuxarı hissəsindən tökülməyə başlayır.

İnsan başında təxminən 100 min tüklə doğulur və gündə başından orta hesabla 100 tük düşür.

İnsanda başından tökülən tüklərin sayı həddən çox olanda bu, onu stressə sala bilər.

İnsanların əksəriyyəti normal dərəcədə tüklərinin tökülməsinə öyrəşir.

Əslində, həmin "normal" deyilən tökülmə sayı il ərzində dəyişə bilər.

Saçlarının tökülməsi 1-2 aydan çox çəkirsə və əgər bu, həmin adamı narahat edirsə o zaman həkimə baş çəkməyə, qanı yoxlamağa və tibbi müayinədən keçməyə dəyər.