Kemerovo yanğını: Yanğında ölənlərin bəzilərinin dəfn mərasimi keçirilir

Men carry the coffin of a victim of a shopping mall fire out of a church during a funeral service in the industrial city of Kemerovo in western Siberia on March 28, 2018. Russia on March 28, 2018 Fotonun müəllifi AFP

Rusiyanın Kemerovo şəhərində, ticarət mərkəzində baş vermiş yanğında həlak olanların bəzilərinin dəfn mərasimi keçirilir.

Bazar günü baş vermiş yanğında azı 64 insan həlak olub, onlardan 41 nəfər uşaqdır.

Zərərçəkənlərin qohumlarının söylədiyinə görə, onlarla adam itikin düşmüş sayılır.

Çərşənbə günü Rusiyada matəm günü elan olunub, bütün ölkə boyu kilsələrdə ölənlərin ruhuna ibadətlər təşkil olunur.

Çərşənbə axşamı Kemerevo şəhərində minlərlə qəzəbli insan küçələrə çıxaraq yanğın zamanı təhlükəsizlik tədbirlərinin tələblərə cavab vermədiyinə etirazını bildirib.

Müstəntiqlərin sözlərinə görə, yanğın zamanı həyəcan siqnalı sıradan çıxıb, ehtiyat dəhlizlərində qapılar qıfıllı olub.

Kemerovo şəhərinə hadisə ilə bağlı çərşənbə axşamı baş çəkmiş prezident Vladimir Putin yanğının səbəbini "cinayətkar səhlənkarlıqla" bağlayıb.

Kemerovo yanğını ilə bağlı 5 nəfər həbs olunub.

Bu barədə daha geniş