Alimlər barmaq şaqqıltısı səsinin tənliyini kəşf edib

Hands Fotonun müəllifi Getty Images

Alimlərin diqqətini ən qıcıqlandırıcı insan vərdişlərindən biri sayılan barmaqların şaqqıldadılması çəkib.

ABŞ və Fransa tədqiqatçıları deyir ki, xarakterik şaqqıltı səsi riyazi tənliklərlə izah oluna bilər.

Bu problem təxminən bir əsrdi ki, müzakirə olunmaqdadır.

Bu yaxınlarda isə Fransada təhsil alan tələbə Vineeth Chandran Suja və onun müəllimi, École politexnik universitetində mühazirələr oxuyan doktor Abdul Barakat ilə barmaq şaqqıltısı probleminə dair silsilə tənliklər kəşf ediblər.

"Birinci tənlik şaqqıltı zamanı oynaqlarda təzyiqin dəyişməsini müəyyən edir, - hazırda Kaliforniyada Stanford Universitetinin aspirantı olan Chandran Suja BBC-yə deyib.

- İkinci tənlikoynaqdaxili mayedəki qabarcıqların ölçüsünün təzyiqdən asılı olaraq dəyişməsini müəyyən edir. Üçüncü tənlik isə hava qabarcığının ölçüsünün dəyişməsi ilə səsin çıxması arasında əlaqəni müəyyən edir."

Həmin tənliklər barmaq şaqqıltısnın riyazi modelini təşkil edir, Chandran Suja qeyd edib.

"Barmaqlarımızı şaqqıldadanda oynaqlar dartılır, - o izah edib. - Bu zaman oynaqdaxili təzyiq düşür.

Oynaqdaxili mayedə qabarcıqlar əmələ gəlir. Barmaqları şaqqıldadanda qabarcıqların ölçüsü kəskin sürətlə dəyişir və bu zaman şaqqıltı səsi çıxır".

Əks nəzəriyyələr

Yeni model bundan əvvəlki iki əks nəzəriyyəni bir-biri ilə barışdırır.

Barmaq şaqqıltısı səsinin oynaqdaxili mayedə hava qabarcıqlarının partlaması nəticəsində baş verməsi ideyası ilk dəfə 1971-ci ildə irəli sürülmüşdü.

40 ildən sonra bu nəzəriyyəni yenicə keçirilmiş təcrübələrdə qabarcıqların mayedə şaqqıltı səsi çıxdıqdan sonra da mövcud olması şübhə altına aldı.

Şaqqıltı səsinin çıxması üçün qabarcıqların yalnız bir qisminin partlamasının kifayət olduğunu aşkar edən yeni riyazı model isə bu ziddiyyəti aradan qaldırır.

Scientific reports jurnalında dərc edilmiş yeni tədqiqatın nəticələri göstərir ki, qabarcıqların partlaması nəticəsində yaranan təzyiq və akustik dalğa riyazi üsulla proqnozlaşdırıla bilər.

Bu barədə daha geniş