Şəkillər: katoliklər Pasxa bayramını qeyd edirlər

Şəklin mənbəyi, EPA
Bazar günü xristianlar Qriqori təqviminə əsasən Pasxa bayramını qeyd edirlər. Pravoslav xristianlar isə Pasxanı bir həftədən sonra qeyd edəcəklər.
Şəklin mənbəyi, Reuters
Roma Papası Francis Vatikandakı Müqəddəs Pyotr kilsəsində bayram ibadəti keçirib.
Şəklin mənbəyi, Reuters
Pontifik ibadət vaxtı bir neçə nəfərin xaç suyuna çəkilməsi mərasimində də iştirak edib. İtaliya mediasının bildirdiyinə görə, onların arasında nigeriyalı miqrant da olub. O, Romada mağazalardan birinin önündə qarətçini neytrallaşdırdıqdan sonra məşhurlaşıb.
Şəklin mənbəyi, Reuters
Belarusun Roqotna kəndində gün batandan sonra Pasxanı qeyd edən camaat bayram tonqalına toplaşıb. Pasxa tonqalının alovundan yandırılmış şam yerli kilsəyə gətiriləcək.
Şəklin mənbəyi, EPA
Bayram gecəsi Polşa paytaxtı Varşavada keşişlər Pasxa ilə əlaqədar bayram ibadəti keçirib.
Şəklin mənbəyi, EPA
Pasxa bayramında uşaqların həvəslə oynadığı əsas oyun - şokoladdan hazırlanmış Pasxa yumurtalarının axtarılmasıdır. ABŞ-n Kaliforniya ştatında bu dəfə həmin oyun görünməmiş miqyasda təşkil olunub: uşaqlar üçün çəmənliyə 75 min şokoladlı yumurta səpələnib.
Şəklin mənbəyi, EPA
İsveçrədə isə Pasxa yumurtalarını axtarıb tapmaqdansa onların rənglənməsi daha geniş yayılıb. Xristianlar üçün yumurta zühr etmək rəmzidir.
Şəklin mənbəyi, Getty Images
Avstraliyada isə hətta zooparklardakı heyvanlara da bayram sovqatından pay düşüb.
Şəklin mənbəyi, EPA
Fransanın Arles şəhərində Pasxa günlərində korrida keçirilir. Öküz döyüşü mövsümü Pasxa bayramına təsadüf edib.
Şəklin mənbəyi, Dmitry Feoktistov/TASS
Pravoslav xristianlar isə bu günü Söyüd Bazar Günü kimi qeyd edirlər. Onların Pasxa bayramı gələn həftə başlayır.