ABŞ administrasiyası viza üçün müraciət edənlərin sosial şəbəkə hesablarını yoxlamaq istəyir

В случае одобрения эти предложения коснутся примерно 14,7 млн человек в год Fotonun müəllifi Reuters
Image caption Yeni qaydalar təsdiqlənəcəyi halda hər il təxminən 14,7 milyon adama şamil oluna bilər.

Prezident Trump-ın administrasiyası ABŞ vizası almaq istəyən hər kəsin sosial şəbəkələrdəki fəallığı barədə məlumat toplamaq niyyətindədir.

Bu təşəbbüsü Dövlət Departamenti tərəfindən irəli sürülüb.

Təklif olunur ki, viza üçün müraciət edən sənədləri ilə yanaşı sosial şəbəkələrdəki fəallığı barədə də məlumat təqdim etməlidir.

Həmin şəxslər eləcə də son 5 il ərzində sosial şəbəkələrdəki hesabları barədə məlumatı ABŞ rəsmilərinə çatdırmalı olacaqlar.

Yeni qaydaların hər il təxminən 14,7 milyon adama şamil ediləcəyi ehtimal olunur.

Viza almaq üçün verilən ərizədə son 5 il ərzində edilmiş səfərlər, telefon nömrələri və elektron poçt ünvanları da göstərilməlidir.

Eləcə də tələb olunacaq ki, həmin şəxslər hər hansı ölkədən deportasiya edilib-edilmədikləri və özləri və ya qohumlarının terrorçuluq fəaliyyəti ilə bağlı olub-olmadıqları barədə sualları cavablandırsınlar.

Bu qaydalar ABŞ ilə vizasız gediş-gəliş müqavilələri olan Britaniya, Kanada, Fransa və Almaniya kimi ölkələrin vətəndaşlarına aid edilməyəcək.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Yeni qaydalar təsdiqlənərsə, ABŞ ilə viza müqaviləsi olmayan ölkələrin vətəndaşlarına şamil ediləcək.

ABŞ rəsmiləri bildirib ki, yeni qaydalar potensial terrorçuları üzə çıxarmağa imkan verəcək.

İnsan haqları müdafiəsi qrupları yeni qaydalar tətbiq etmək təşəbbüsünü tənqid edərək həmin qaydaların insanların şəxsi həyat və ifadə azadlığı hüquqlarını pozacağını bildirib.

Bu barədə daha geniş