ABŞ: Floridada ailəvi hovuza girmiş timsah tutularaq təbiətə buraxılıb

Aligator in pool Fotonun müəllifi Sarasota County Sheriff's Office
Image caption Timsah həyətdəki hovuzdan tutularaq təbitətə buraxılıb.

ABŞ-ın Florida ştatında yerləşən bir evin həyətindəki hovuza timsahın haradansa gəlib girdiyi məlum olub.

Tor çəkilmiş qapıdan keçən timsah hovuza çatar-çatmaz özünü birbaşa suya atıb.

Məlumata görə, heyvanın uzunluğu 3 metrdən artıq olub.

Nokomis şəhərinin polisi sakinlərin müraciətindən sonra heyvanı tutaraq yenidən təbiətə qaytarıb.

Hovuzda timsahın tutulmasını əks etdirən müvafiq video və fotolar Florida polisi tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Timsahın tutulmasında iştirak edən polis əməkdaşlarının yazdıqları şərhlərə əsasən, alliqator özünü içəriyə ağcaqanad əleyhinə tor çəkilmiş yüngülçərçivəli qapını yararaq soxulub.

Amerika alliqatorunun uzunluğu 3 - 4,5 metr arası və çəkisi 454 kiloqramadək ola bilir.

Bu növ timsahlara yalnız ABŞ-ın cənub-qərbində və Çində rast gəlinir.

ABŞ-da timsahların yaşayış arealı əksərən, Florida və Luiziana ştatlarında yerləşir, hər ştatda təxminən 1 milyona yaxın timsah var.

Əvvəllər timsah ABŞ-da nəsli qırılmaq həddində olan heyvan növü siyahısında idi isə, görülmüş qoruyucu tədbirlər nəticəsində timsahların sayı ABŞ-da artdığından, 1987-ci ildə bu heyvan həmin siyahıdan çıxarılmışdı.

Bu barədə daha geniş