Cənubi Koreyanın keçmiş prezidentinə məhkəmədən canlı yayımda hökm oxunur

Şəklin mənbəyi, Reuters
Cənubi Koreyanın keçmiş prezidenti nə qarşı məhkəmə hökmü elan olan olunub
Cənubi Koreyanın keçmiş prezidenti Park Geun-hye məhkəmə hökmünün canlı yayımlanmasında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar elan edilib.
Ona qarşı 18 korrupsiya ittihamı irəli sürülüb. İttiham hələ də canlı yayımda oxunur və son cümlə bir neçə saat ərzində elan olunacaq.
Bu iş Cənubi Koreyanı sarsıdan, siyasi və korporativ elitalara qarşı hiddət doğuran qalmaqalın bir hissəsidir.
Xanım Park 30 ilədək həbs və milyonlarla dollar cərimələnə bilər.
O, davamlı olaraq ittihamları rədd edir.
Siyasi güzəştlər qarşılığında rüşvət alınması üçün o, yaxın dostu Choi Soon-la sıx əməkdaşlıq edib, ittihamda göstərilib.
Xanım Park-ın nüfuzlu bir təmsilçisi olaraq iqtidara gələn Choi-nin bu ilin fevral ayında rüşvətxorluğu sübuta yetirilib.
Xanım Park qərar elan olunan zaman cümə günü məhkəmədə olmayıb, məhkəməni boykot edib. O,məhkəməni qərəzli sayır.