YouTube-un baş qərargahında atışmada şübhəli bilinən qadın azərbaycanca da videolar hazırlayırdı

Nasim Aghdam Fotonun müəllifi Nasim Aghdam

Kaliforniyada YouTube-un baş qərargahına hücum edən qadının Youtube-u onun videolarını əngəlləməkdə və qazancını azaltmaqda ittiham edib.

Polisin məlumatına görə 39 yaşlı Nasim Aghdam üç nəfərə atəş açdıqdan sonra intihar edib.

Onun saytında deyilir ki, o, Youtube-da türkcə (azərbaycanca), farsca və ingiliscə videolar paylaşırmış və xeyli izləyicisi varmış.

Nə baş verib?

Fotonun müəllifi TWITTER/@ERINJEANC/VIA REUTERS
Image caption YouTube-un baş qərargahında 1700-ə yaxın adam işləyir

Şübhəli şəxs yemək zamanı həyət qapısına yaxınlaşaraq tapança ilə atəş açıb.

Polislər hadisə yerinə gəldikdə insanların ora-bura qaçdığını görüb.

Yerli telekanalların göstərdiyinə görə, şirkətin işçiləri binadan təxliyyə olunub.

San Bruno polisində hücum edənin qurbanları tanıyıb-tanımadığını bilmir.

Qurbanlardan 36 yaşlı kişinin vəziyyətinin ağır olduğunu bildirilib.

Bundan başqa, 32 və 27 yaşında iki qadın da güllələnib.

Nasim Aghdam kim idi?

Fotonun müəllifi NASIM AGHDAM
Image caption Nasim Aghdam öz saytında YouTube-a qarşı videolar paylaşırdı

ABŞ mətbuatı yazır ki, şübhəli şəxs İran əsilli Kaliforniya sakini 39 yaşlı Nasim Aghdam olub.

Media onu da yazır ki, Aghdam Youtube-dakı bir neçə dilli kanallarında əl işləri, idman və heyvan haqları barədə videolar paylaşırmış.

Onun saytında yazılıb ki, o "sağlam və insanı həyat tərzini" təbliğ edən "veqan bolibilder və heyvan haqları fəalı"dır.

Onun saytında deyilir ki, o, türkcə (azərbaycanca), farsca və ingiliscə videolar paylaşıb. Onun bir kanalının - Nasime Sabz - adlı kanalının 11 mindən çox izləyicisi olub. Onun videoları 4 milyondan çox baxılıb.

Xeyli izləyicisi olmasında baxmayaraq Nasim YouTube-da yaydığı videolarında platformanın onun paylaşımlarına qarşı diskriminasiya və filtrasiya siyasətini pisləyib.

"YouTube-da və digər video paylaşma saytlarında bərabər inkişaf imkanları yoxdur. Sənin kanalın ancaq onlar istəyəndə böyüyəcək!", Nasim Aghdam öz saytında yazıb.

Onun atası İsmayıl ABŞ mediasında deyib ki, qızı Youtube-un ona pul ödəməməsinə qarşı çox açıqlı imiş.

"Platforma "hər şeyi dayandırmışdı və onun gəliri yox idi", İsmayıl NBC kanalına deyib.

Atası onu da deyib ki, bazar ertəsindən bəri qızından xəbər almayıb. Daha sonra polis onu San Bruno-dakı Youtube ofisindən 25km uzaqlıqda avtomobilində yatarkən tapıb, amma həbs etməyib.

YouTube atışmadan sonra onun hesabını bağlayıb. Şübhəlinin İnstagram və Facebook hesabları da bağlanıb.

Youtube nə deyir?

YouTube sözçüsü Chris Dale bütün YouTube icmasının və işçilərinin bu cinayətin qurbanı olduğunu deyib.

YouTube-un baş qərargahında 1700-ə yaxın adam işləyir.

YouTube Google şirkətinə aiddir.

Bu barədə daha geniş