"Skripal-ın zəhərlənməsi" müzakirəsi: "Azərbaycan Rusiyaya səs verdi"

Image caption Sergei Skripal Rusiyanın keçmiş casusu olub

Rusiya keçmiş casus və qızının İngiltərədə zəhərlənməsi məsələsinin yenidən birgə araşdırılması təklifinə Haaqada Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (Organization for the Prohibition of Chemical Weapons - OPCW) tərəfindən rədd cavabı alıb.

Keçirilən səsvermədə Azərbaycan Rusiyanın təklifini müdafiə edib.

Rusiya istəyirdi ki, bu hadisənin araşdırımasına onun eksperti də cəlb edilsin.

Rəsmi Moskva Böyük Britaniyanı OPCW-in apardığı araşdırmaya onun girişinin qadağa qoymaqda ittiham edir.

Britaniya Rusiyanın birgə araşdırma təklifini qəbuledilməz sayıb.

Rusiya 15-6 səs çoxluğu ilə səsverməni uduzub, təşkilatın 17 üzvü isə səsvermə zamanı bitərəf qalıb.

Səsvermə zamanı Azərbaycanla yanaşı Çin, Sudan, Əlcəzair və İran Rusiyanın təklifini dəstəkləyən ölkələr arasında olub, Reuters agentliyi yazır.

Rusiya zəhərlənmə hadisəsində iştirakını qətiyyətlə inkar edir və səsvermədən sonra keçirilən mətbuat konfransında Salisburydə baş verən hadisəni "terrorçu hücumuna" bənzədib. Rusiya Birləşmiş Ştatlar və Avropa Birliyi ölkələrini Britaniyanın tərəfini tutmaqda tənqid edib

Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı səfiri Aleksander Shulgin səsvermədə Rusiyanı dəstəkləyənlərin və ya bitərəf qalanların Şura üzvlərinin yarıdan çoxunu təşkil etməsi "onların Qərbin baxışları ilə assosiasiyadan imtinası" kimi qiymətləndirib.

Böyük Brityaniya bildirib ki, Salisbury-dəki hadisədə Rusiyada hazırlanan "Novichok" adlanan sinir iflicedici maddədən istifadə olunub.

Hadisə böyük diplomatik toqquşmalara səbəb olub. Böyük Britaniya 150 rus diplomatını ölkədən çıxarıb. Rusiya da adekvat addım atıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş