Almaniyada insanların üzərinə furqonun sürülməsi nəticəsində 4 nəfər ölüb

Photograph above scene at Kiepenkerl where tables are shown strewn around scene Fotonun müəllifi Paul Fegmann
Image caption Sosial mediada paylaşılan şəkillərdə Kiepenkerl heykəlinin yaxınlıqda bir restoranın masalarının dağıdıldığı görünür

Qərbi Almaniyanın Münster şəhərində səkidə gəzən piyadaların üzərinə bir furqonun sürülməsi nəticəsində bir neçə insan həyatını itirib, təxminən 30 nəfər isə xəsarət alıb.

Polis, furqonun sürücüsünün hadisədən sonra özünü öldürdüyünü deyib. Onlar digər şübhəlilərin olmadığını düşünürlər.

Sürücü daxil olmaqla, hadisədə 4 nəfər həlak olub, Almaniya daxili işlər nazirliyi bildirib.

Yerli hakimiyyət Münsterin köhnə şəhərindəki Kiepenkerl heykəlinin yaxınlığında baş vermiş hadisədə təxminən 30 nəfərin xəsarət aldığnı bildirib.

Polis oradaki əhalidən ərazidən uzaq qalmağa xahiş edib.

Fotonun müəllifi EPA
Image caption Polis ərazini bağlayıbdır

Şəhərin mərkəzində yerləşən Kiepenkerl heykəlinin yaxınlığında yerləşən bir restoranın sosial mediada paylaşılan şəkillərində masaların dağıdıldığı görünür.

2016-cı ilin dekabr ayında, Almaniyanın paytaxtı Berlində Milad bazarının içərisinə sürülən yük maşını nəticəsində 12 nəfər həlak olmuşdu.

Xəbər yenilənir.

Əlaqəli mövzular