Valideynlərin mübahisəsi uşaqların sağlamlığına necə təsir göstərir?

Ailə, uşaq Fotonun müəllifi Getty Images
Image caption Uşaqlara ən böyük zərəri ailədaxili zorakılıq vurur

Valideynlərin hərdən bir-birilə mübahisə etməsində dəhşətli bir şey yoxdur. Lakin bu uşaqlara müxtəlif cür təsir edir. Mübahisələrin uşaqların sağlamlığına vurduğu zərəri azaltmaq üçün valideynlər və qəyyumlar necə davranmalıdırlar?

Evdə baş verənlər həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Və burada vacib olan yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-birilə necə ünsiyyət qurması həmçinin uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - psixi sağılamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da təsir göstərə bilər. Evdəki münaqişələr uşağa təsir göstərməyə də bilər. Lakin əgər vadileynlər tez-tez qışqırırlarsa, bir-birinə əsəbləşirlərsə, bir-birindən uzaqlaşırlarsa və danışmırlarsa o zaman uşağın problemləri yarana bilər.

Böyük Britaniyada və digər ökələrdə uzun illər ərzində ailədə və inkişaf dövründə uşaqların davranışlarının uzunmüddətli müşahidələrinə əsaslanan tədqiqatlar onu göstərir ki, artıq 6 aylıq körpədə evdəki münaqişəli vəziyyət nəticəsində ürək döyüntüsü arta və kortizol stress hormonu inkişaf edə bilər.

Fotonun müəllifi PA
Image caption Ailədəki münaqişələr uşaqların təhsilinə də təsir göstərir

Müxtəlif yaşlı uşaqlarda dərin və xroniki ailə münaqişəsinin nəticəsi olaraq beynin inkişafı pozuntularının, yuxu pozğunluğu, narahatlıq, depressiya, davranış və digər ciddi problemlərin əlamətləri meydana çıxa bilər. Buna bənzər problemlər mütəmadi olaraq münaqişə mühitində yaşayan uşaqlarda müşahidə olunur. Öz aralarında razılığa gələn və mübahisəli məsələləri həll edən valideynlərin uşaqlarında isə bu hallara az rast gəlinir və ya ümumiyyətlə yoxdur.

Təbiət və ya tərbiyə?

Lakin ailə mübahisləri uşaqlara müxtəlif cür təsir göstərir. Məsələn, həmişə belə hesab edilib ki, valideynlərin boşanması və ya ayrı yaşamaq barədə qərarı uşaqların əksəriyyətinə xüsusi zərər vurur. Amma indi psixoloqlar hesab edirlər ki, bəzi hallarda uşaqlara valideynlərin dərhal ayrılması deyil, məhz boşanmaya qədər, boşanma vaxtı və boşanmadan sonrakı müddətdə onların arasındakı mübahisələr zərər vurur. Daha əvvəllər həmçinin hesab edilirdi ki, uşaqların münaqişəyə münasibətində irsiyyət əsas rol oynayır. Və bu doğrudur. Təbii amil uşağın psixi sağlamlığında başlıca məsələdir. İrsilik narahatlıq, depressiya və psixoz kimi cavab reaksiyalarının meydana çıxmasında əhəmiyyətli rol oynayır.

Fotonun müəllifi Getty Images
Image caption Valideynlər arasındakı pis münasibət təkçə uşaqlara öz təsirini göstərmir, həm də tədqiqatların göstərdiyi kimi mənfi təcrübə digər nəsillərə də ötürülə bilər

Lakin ev mühiti və tərbiyə həmçinin çox böyük əhəmiyyət daşıyır. Uşaq psixoloqları ailədəki mühitdən asılı olaraq anadangəlmə psixi pozğunluqlara meylli olan uşaqların vəziyyətinin daha da pisləşəcəyinə və ya əksinə, yaxşılacağı fikrinə daha çox inanırlar. Və burada valideynlər arasındakı münasibətlərin keyfiyyəti - onların bir yerdə və ya ayrı yaşamasından, uşaqlarla qan bağı olub-olmamasından asılı olmayaraq əsas rol oynayır.

Uşaqlara görə mübahisə

Bütün bunlar valideynlər üçün nə məna kəsb edir?

İlk növbədə valideynlərin və qəyyumların mübahisə etməsini və ya bir-birinə narazılığını bildirməsini tamamilə normal hal kimi başa düşmək çox əhəmiyyətlidir. Lakin əgər valideynlər tez-tez mübahisə edirlərsə, əgər bu kəskin formada baş verirsə və münaqişə öz həllini tez tapmırsa o zaman bu uşaqlara təsir göstərir. Ən əsası isə əgər bu mübahisələr uşaqların ucbatından baş verirsə. O zaman uşaqlar özlərini günahkar hesab edir və valideynərin mübahisəsində özlərini cavabdeh kimi hiss etməyə başlayırlar. Mənfi təsir özünü körpələrdə yuxu pozğunluğu və əqli inkişaf pozğunluğu formasında, kiçik yaşlı məktəblilərdə narahatlıq və davranış problemi formasında, böyük yaşlı məktəblilərdə və yeniyetmələrdə deprssiya, dərslərdə çətinlik və digər ciddi pozğunluqlar formasında biruzə verə bilər.

Fotonun müəllifi Google
Image caption Uşaqlar valideynlərinin mübahisələrinə görə, digər uşaqlarla ünsiyyət qurmaqda tez-tez çətinlik çəkirlər

Çoxdan məlumdur ki, uşaqlara ən böyük zərəri ailədaxili zorakılıq vurur. Lakin indi alimlər belə qənaətə gəiblər ki, uşaqlara zərər dəyməsi üçün valideynlərin hətta bir-birinin ünvanına aqressiya və hirs nümayiş etdirməsi zəruri deyil. Uşaqların mənəvi, davranış və sosial inkişafı valideynlər özlərinə qapanan zaman və bir-birinə daha az isti münasibət göstərən zaman da əziyyət çəkir. Lakin bu heç də hamısı deyil.

Valideynlər arasındakı pis münasibət təkçə uşaqlara öz təsirini göstərmir, həm də tədqiqatların göstərdiyi kimi mənfi təcrübə digər nəsillərə də ötürülə bilər.

Alimlər qeyd edirlər ki, əgər uşaqlarımızın və gələcək nəslin normal, xoşbəxt həyatı olmasını istəyiriksə bu sikli kəsmək vacibdir.

"Gizlin" mübahisələr

Ailə mübahisələrinin uşaq sağlamlığına vurduğu zərərləri azaldan amillər də mövcuddur. Tədqiqat göstərir ki, təqribən iki yaşından və daha erkən olması da mümkündür, uşaqlar valideynlərinin davranışlarını diqqətlə müşahidə etməyə başlayırlar. Hətta valideynlər onlar "sakit" mübahisə edirlər, onların uşaqları heç nə görmür və heç nə eşitmir belə düşünən zaman uşaqlar tez-tez baş verən münaqişəni görürlər. Burada vacib olan uşaqların mübahisənin səbəblərini necə anlaması, özləri üçün necə aydınlaşdırması və onun potensial olaraq gətirib cıxaracağı nəticələrdir. Əvvəlki təcrübələrə əsaslanan uşaqlar onların da iştirakçısı olacağı mümkün olan növbəti mübahisənin uzanan münaqişəyə çevriləcəyi və ya ailə sabitliyi üçün təhlükə yaradacağı barədə düşünürlər. Bu isə bəzi uşaqları xüsusilə narahat edir.

Fotonun müəllifi Getty Images
Image caption Oğlanlar və qızlar ailə münaqişələrinə müxtəlif cür qarşılıq verirlər

Uşaqlar həmçinin buna görə onların valideynləri ilə şəxsi münasibətlərinin pisləşib-pisləşməyəcəyindən narahat olurlar.

Tədqiqat həmçinin oğlanlar və qızların ailə münaqişəsinə fərqli qarşılıq verdiyini göstərir. Qızlarda ailə münaqişəsi nəticəsində mənəvi, oğlanlarda isə davranış problemləri yarana bilər.

Uşaqların mənəvi vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər çox vaxt bilavasitə uşaqların özünə və yalnız dolayı yolla ailədəki tərbiyə prossesinə köməyi özündə birləşdirir.

Lakin valideynlərin dəstəyi və onların qarşılıqlı münasibəti qısa müddətdə uşaqlar üçün ən əhəmiyyətli və ən zəruri olar bilər. Uzun müddətdə isə onları ən yaxşısı şəxsi həyatlarında sağlam münasibətlərə hazırlamaqdır. Uzunmüddətli normal inkişaf üçün uşaqlara yaxınlarından birindən - valideynlərdən, qardaş və bacıdan, dostlar və digər böyüklərdəm, məsələn, müəllimindən dəstək alması çox vacibdir. Ailədə baş verənlər bü münasibətlərə həm yaxşı, həm də pis istiqamətdə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Valideynlər üçün onların mübahisəsinin uşaqlara necə təsir etməsi barədə narahatlığı təbii haldır. Mübahisə etmək bu normaldır və uşaqlara fikir ayrılığının səbəbini izah edən zaman uşaqlar buna çox yaxşı qarşılıq verirlər. Əslində valideynlər söz "müharibəsini" müsbət həll edərkən uşaqlar çox vacib dərs ala bilərlər. Bu onlara öz hisslərini və münasibətlərini ailədən kənarda daha yaxşı idarə etməyi öyrədə bilər.

Valideynlərə münasibətlərinin uşaqların inkişafına necə təsir göstərməsini başa düşmələrinə kömək göstərmək onların bu gün sağlam olmaları və gələcəkdə sağlam ailəsi olması üçün zəmin yaratmaqdır.


Bu material BBC-nin sifarişi ilə professor, Sussex Universitetinin nəzdindəki Andrew və Virginia Rudd adına elmi-tədqiqat və təcrübə mərkəzinin direktoru və aparıcı psixoloqu Gordon Harold-un iştirakı ilə hazırlanıb.

Harold bu yaxınlarda uşaq psixologiyası və psixiatriyası üzrə The Journal of Child Psychology and Psychiatry jurnalında bu problem üzrə dərc edilən hərtərəfli təhlilin müəllifidir.


Bu barədə daha geniş