Rohinca böhranı: Myanma ilk qaçqın ailəsinin qaytdığını bildirib

A Rohingya refugee camp in Cox's Bazar, Bangladesh, September 19, 2017. Fotonun müəllifi Reuters
Image caption Qonşu Banqladeşdə Myanmadan pənah gətirmiş qaçqınların yaşadığı düşərgələrdə əhalinin sayı və düşərgələrin ümumi ərazisi bir şəhər əhalisi və ərazisinə bərabərdir.

Myanma bildirib ki, Rohinca qaçqınlarından ibarət ilk ailə Baqladeşdən Myanmaya repatriasiya olunub.

Repatriasiya BMT-nin Rohinca qaçqınları üçün Myanmaya qayıdışın təhlükəsiz olmadığına dair xəbərdarlığa baxmayaraq edilib.

Təxminən 700000 Rohinca müsəlmanı ötən ilin avqustunda onlara qarşı amansız hərbi əməliyyat başladıqdan sonra bu ölkəni tərk edərək sərhədi keçıb Banqladeşə pənah gətirib.

Həmin hadisələrə görə BMT Myanmanı "etnik təmizləmələr" aparmaqda ittiham edib, Myanma bu ittihamı rədd edir.

Myanma bildirib ki, 5 nəfərdən ibarət qaçqın ailəsi "repatriasiya düşərgəsinə" şənbə günü gəlib: onlara şəxsiyyət vəsiqələri verilib və yaşamaq üçün ləvazimat təmin edilib.

Bu xəbər təsdiqlənsə, Myanmada Rohinca böhranı başlayandan sonra ölkəyə ilk qaçqın qrupunun geri qayıtması demək olacaq.

Myanma höküməti keçən ilin avqustunda Raxin vilayətində hərbi əməliyyatın Rohinca silahlılarına qarşı aparıldığını bildirir.

Bu ayın əvvəlində hökümət 7 əsgərə 10 Rohinca nümayəndəsini qətlə yetirdiklərinə görə həbsxana cəzası kəsib.

Qonşu Banqladeşə pənah gətirən qaçqınlar onlara qarşı Myanma hərbiyyəsi tərəfindən zorakılığın - qətllərin, zorlamaların, kəndlərin yandırılmasının - geniş vüsət aldığını bildirirlər.

Myanmada Rohinca icması əsasən müsəlmanlardan ibarət və azlıqda olan etnik qrupdur .

Myanma dövləti onlar üçün vətəndaşlıq hüququnu tanımır, onları Banqladeşdən gəlmiş qanunsuz miqrant sayır.

Nick Beake, BBC-nin Myanmada müxbiri

Myanma hökümətinin Facebook-da yerləşdirdiyi fotolarda kişi, iki qadın və iki uşaq təsvir olunub.

Həmin adamlar Myanma rəsmilərindən sənəd aldıqları zaman Myanma bayrağı fonunda çəkiliblər.

Digər şəkillərdə həmin adamlar tibbi müayinədən keçdikləri və hərbi geyimli rəsmilərin suallarına cavab verdikləri anlarda lentə alınıblar.

İlk Rohinca ailəsinin Myanmaya qayıtması rəmzi məna daşıyır, lakin həmin adamların kimliyi barədə məlumat hələlik kifayət qədər deyil, və bu faktın özü hələ BMT tərəfindən təsdiq olunmalıdır.

Onlar kimdir? Onlar nəyə görə qayıtmaq istəyiblər? Onların təhlükəsizliyinə kim zəmanət verib?

Aydındır ki, Myanma hərbiyyəsi tərəfindən törədilən zorlama və qətllərdən bəhs edən rohincaların çoxunun ev saydıqları əraziyə qayıtmaq niyyəti yoxdur.

Qayıtmaq qərarına gələnlər isə illər boyu qaçqın düşərgələrində həyat sürmək perspektivi ilə qarşılaşa bilər, necə ki, keçmiş dövrlərdə baş vermiş zorakılaqlardan qaçanlar sonradan qayıdaraq düşərgələrdə yaşamalı olmuşdular.

Myanma rəsmiləri tərəfindən şənbə günü yayılmış fotolarda müsəlman ailəsinə vəsiqələr verildiyi təsvir olunub.

Myanma dövlət "Rohinca" sözündən istifadə etmir.

Lakin vəsiqə deyildiyi həmin sənədlər rohincalara vətəndaşlıq hüququnu təmin etmir, odur ki, Banqladeş düşərgələrindəki Rohinca liderləri həmin sənədləri rədd edirlər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Drondan aparılmış şəkiliş - Banqladeş sərhədində qaçqın düşərgələri

Şənbə günü, Myanmaya Rohinca ailəsinin qayıtdığı elan ediləndən bir gün əvvəl BMT Qaçqınlar Agentliyi xəbərdarlıq etmişdi ki, rohincaların qayıdıb təhlükəsiz şəkildə, insana layiq tərzdə və davamlı olaraq yaşaması üçün uyğun şərait Myanmada hələlik yaradılmayıb.

"Banqladeşdəki qaçqınlar deyib ki, Myanmaya qayıtmaq üçün, onlar Raxin vilayətində hüquqları ilə bağlı, hüquqi statusları və vətəndaşlıqla bağlı konkret tərəqqi görməlidirlər", - agentlik bildirib.

Bu barədə daha geniş