Türkiyə, İstanbul: CHP İstiqlal prospektində OHAL-a qarşı aksiya keçirir

İstanbul Fotonun müəllifi CHP

Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə boyu Fövqəladə Vəziyyətin uzadılması (OHAL) əleyhinə aksiyalar keçirməyə çağırıb.

Aprelin 16-da CHP-nin etiraz aksiyası keçirmək çağırışına cavab olaraq "OHAL deyil, demokratiya istəyirik" şüarı altında İstanbulun mərkəzində bu gün yürüş keçirilib.

CHP öz çağırışını 2017-ci il aprelin 16-da keçirilmiş referendumun ildönümü ilə əlaqələndirib.

İstiqlal prospektində etiraz aksiyasına başlayan CHP-çiler və onlara qoşulan vətəndaşlar "Haqq, Hüquq, Ədalət!", 'Faşizmə qarşı çiyin-çiyinə!" şüarları səsləndiriblər.

Aksiyadan qabaq Taksim meydanında ciddi təhlükəsizlik tədbirləri görülüb.

Meydanda yerləşən Cümhuriyyət abidəsi və onun ətrafı polis kordonları ilə mühasirəyə alınıb, İstiqlal prospektinin girişində ve Gezi parkında xeyli sayda çevik polis qüvvələri və zirehli polis maşınları yerləşdirilib.

CHP aprelin 16-da, Konstitusiya referendumunun ildönümündə yerli vaxtla saat 12:00-da Türkiyə boyu oturaq aksiya keçirməyə çağırıb.

2017-ci il aprelin 16-da keçirilmiş referendumda seçicilər Türkiyənin parlament respublikasından prezident üsul idarəsinə keçidinə səs veriblər.

DHA agentliyi yazır ki, İstanbul və İzmirdən başqa, Ankara, Antalya, Burdur, Denizli, Sinop, Mersin, Adana, Amasya, Sinop, Tunceli, Diyarbakır, Gaziantep, Van ve Hakkari-də də CHP-nin çağırışı ilə aksiya keçirilib.

Bitlis-də isə oturaq aksiyaya icazə verilməyib.

Fotonun müəllifi CHP
Fotonun müəllifi Hatice Kamer
Fotonun müəllifi DHA
Fotonun müəllifi DHA

Bu barədə daha geniş